Uşaqların erkən yaşda telefon və planşetlərlə məşğul olması onların inkişafına birbaşa təsir göstərir. Bəs görəsən bu vasitələr uşaqlara necə təsir edir?
Möbzu ilə bağlı məktəbəqədər təhsil eksperti “Tehsil365"ə bildirib ki, bu dövrdə uşağın beyni sürətlə inkişaf edir və real qarşılıqlı fəaliyyətlər, oyun və hərəkət uşağın motor, sosial və kognitiv bacarıqları üçün vacibdir.
Ekspertin sözlərinə görə, ekran cihazlarının istifadəsi uşağın yaradıcılığına və diqqətinə təsir göstərə bilər: “Uşaqlar uzun müddət ekran qarşısında qaldıqda diqqət dağılır, yuxu ritmi pozula bilər və sosial bacarıqları gecikir. Amma məqsədli və məhdudiyyətli istifadə, məsələn interaktiv təhsil proqramları, öyrənməyə marağı artırır.”
Mütəxəssis vurğulayıb ki, valideyn və tərbiyəçilər uşaqların ekran qarşısında keçirdiyi vaxtı düzgün nəzarət etməli, balanslı fəaliyyətlərlə – oyun, rəsm, hərəkətli fəaliyyət və açıq hava məşğələləri ilə – dəstəkləməlidirlər: “Əsas odur ki, uşaqlar həm fiziki, həm də sosial və yaradıcılıq fəaliyyətlərinə vaxt ayırsınlar.”

