Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 1970-ci il yanvarın 5-də Tovuz rayonunun Ağdam kəndində anadan olan Naiq Yusifov gənc yaşlarından Vətənə bağlılığı ilə seçilib. O, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində fəal iştirak edib.
Naiq Yusifov 1992-ci il martın 24-də Tovuz rayonunun Koxanəbi kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun göstərdiyi şücaət və fədakarlıq xalqımız tərəfindən yüksək qiymətləndirilib.
Göstərdiyi igidliyə görə Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onun xatirəsi daim hörmət və minnətdarlıqla anılır.

