1906-cı ildə Bakı şəhərinin bütün küçələrinin ilk dəfə elektrik enerjisi ilə işıqlandırılmasına başlanılması ölkənin şəhərsalma və texnoloji inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir.
“Tehsil365” xəbər verir ki, Həmin dövrdə həyata keçirilən bu yenilik Bakının müasir şəhər kimi formalaşmasına böyük töhfə verib. Elektrik işıqlandırılması şəhərdə təhlükəsizliyin və rahatlığın artmasına, həmçinin gecə həyatının canlanmasına şərait yaradıb.
Bu addım Bakı şəhərinin regionun ən inkişaf etmiş mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb və sənaye ilə yanaşı, infrastruktur sahəsində də irəliləyişlərin göstəricisi olub.
Bu gün Bakı müasir və işıqlı şəhər kimi inkişafını davam etdirir və tarixi nailiyyətləri ilə yadda qalır.

