9 və 15 mart tarixlərində keçirilən 11 illik buraxılış imtahanlarında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduğu məlum olub.Bu məsələ ətrafında geniş müzakirələr gedir və ən çox verilən sual isə budur: belə qələmdən istifadə edənlərin nəticələri etibarsız sayılacaqmı?
“Tehsil365” xəbər verir ki, rəsmi açıqlamaya görə, əgər cavablar aydın, düzgün və oxunaqlı şəkildə qeyd olunubsa, nəticələr nəzərə alınacaq.
Qeyd edək ki, imtahan nəticələrinin imtahandan təxminən 7 həftə sonra elan olunması gözlənilir.
Abituriyentlərə tövsiyə: qaydalara uyğun olaraq növbəti imtahanlarda yalnız standart (adi) qələmlərdən istifadə edin.

