Təhsil 365 - Logo Mobile

Mətanət Əliyeva: “Qorxunu tam yox etmək deyil, onu idarə etməyi öyrənmək vacibdir”

10124.03.2026 - 15:00
Mətanət Əliyeva: “Qorxunu tam yox etmək deyil, onu idarə etməyi öyrənmək vacibdir”

Onun sözlərinə görə, qorxu insanı təhlükələrdən qoruyur, lakin həddindən artıq olduqda və gündəlik həyata maneə yaratdıqda üzərində işləmək vacib olur.

Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, qorxu psixologiyada normal və qoruyucu bir emosiyadır.

Əliyeva qeyd edib ki, “psixoloqlar qorxuları sadəcə yox etməyə çalışmırlar, əsas məqsəd onları anlamaq, tənzimləmək və idarə etməyi öyrətməkdir.” Bu istiqamətdə psixoterapiyada müxtəlif yanaşmalar tətbiq olunur. O bildirib ki, koqnitiv-bihevioral terapiyada (CBT) insanın qorxuya səbəb olan düşüncə modelləri müəyyən edilir və daha real, funksional düşüncə formaları ilə əvəz olunur. Davranış üzərində də işlənərək qorxuya verilən reaksiyalar dəyişdirilir.

Psixoloqun sözlərinə görə, ekspozisiya üsulu da geniş istifadə olunur. Bu üsulda insan qorxduğu vəziyyətlə mərhələli və təhlükəsiz şəkildə üzləşdirilir və zamanla beyin həmin vəziyyəti təhlükə kimi qəbul etməməyi öyrənir. Qorxu ilə işləyərkən bədənin reaksiyalarını tənzimləmək də vacibdir. Bu məqsədlə relaksasiya texnikaları, nəfəs məşqləri və mindfulness kimi üsullar tətbiq olunur ki, bunlar gərginliyi azaldaraq insanın özünü daha stabil hiss etməsinə kömək edir.

Əliyeva əlavə edib ki, “əgər qorxunun arxasında travmatik təcrübə dayanırsa, EMDR kimi yanaşmalar vasitəsilə həmin xatirələrin yenidən emalı həyata keçirilir.” Uşaqlarda isə qorxular daha çox oyun vasitəsilə ifadə olunduğu üçün oyun terapiyası effektiv hesab olunur. Bu üsulla uşağın daxili dünyasına daha rahat çıxış əldə edilir və onun emosiyaları təhlükəsiz şəkildə işlənir.

Psixoloq vurğulayıb ki, psixoedukasiya da mühüm rol oynayır. İnsanlara qorxunun mexanizmi izah olunur və bu, onların özlərini daha yaxşı anlamasına və idarə etməsinə kömək edir. “Ümumilikdə məqsəd qorxunu tam aradan qaldırmaq deyil, onun insanın həyatına təsirini azaltmaq və daha sağlam emosional tənzimləmə bacarıqları formalaşdırmaqdır,” – deyə Mətanət Əliyeva bildirib.

Onun sözlərinə görə, vaxtında və düzgün psixoloji dəstək ilə bir çox qorxular uğurla idarə oluna və əhəmiyyətli dərəcədə zəiflədilə bilər. Bu isə həm uşaqlar, həm də böyüklər üçün daha sağlam psixoloji mühitin formalaşmasına imkan yaradır.

Mehriban İbadova

Xəbər Lenti

On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir24.03.2026 - 19:40
Macarıstanla kitabxana işi sahəsində əməkdaşlıq imkanları araşdırılır24.03.2026 - 19:32
ADNSU tələbələri Cenevrədə beynəlxalq sərgidə uğur qazanıblar24.03.2026 - 19:25
Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı24.03.2026 - 19:18
Bədii mətnlərlə işləmək uşaqlarda analitik düşüncəni inkişaf etdirirmi? – Psixoloq açıqladı24.03.2026 - 19:12
Uşaqlarda özünə inamın formalaşması üçün bağçada hansı metodlar tətbiq olunmalıdır? – Ekspert açıqladı24.03.2026 - 19:05
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib24.03.2026 - 18:56
İnfakrtdan sonra ürəyi bərpa edəcək iynə hazırlandı24.03.2026 - 18:52
Stres xərçəng yaradır? 24.03.2026 - 18:44
Özünə süni intellekt agenti yaradır24.03.2026 - 18:38
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb24.03.2026 - 18:32
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir24.03.2026 - 18:18
Şamaxı Avropa liseyinə media-tur təşkil olunub24.03.2026 - 18:14
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb24.03.2026 - 18:02
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz24.03.2026 - 17:55
Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR24.03.2026 - 17:48
Hər gün darçınlı su içsəniz bədəninizdə nə baş verər ?24.03.2026 - 17:45
Yer kürəsi üçün böyük TƏHLÜKƏ24.03.2026 - 17:42
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb24.03.2026 - 17:35
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib24.03.2026 - 17:34
Astronomlar kainatın sirlərini açıqlayır24.03.2026 - 17:25
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir? 24.03.2026 - 17:24
Dünya Bankı uşaqların təhsilinə dəstək verir24.03.2026 - 17:18
İndoneziyada tarixi tapıntı: Bəşəriyyətin ən qədim əl izi aşkar edildi24.03.2026 - 17:15
Nardaran ABAD Keramika Mərkəzi: Qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi 24.03.2026 - 17:12
Alimlər həyatın mümkün ola biləcəyi yeni planetlər kəşf ediblər 24.03.2026 - 17:05
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb - Hesabat24.03.2026 - 17:00
"Yango Azerbaijan" ilə İnnovasiya Agentliyi arasında strateji əməkdaşlıq 24.03.2026 - 16:55
"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür24.03.2026 - 16:45
ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı24.03.2026 - 16:35
Qarabağ Peşə Hazırlığı Mərkəzində 1650 nəfər hazırlıq kurslarına cəlb olunub24.03.2026 - 16:25
SOCAR Georgia Petroleum tələbələr üçün İş və Təhsil Proqramı elan edib24.03.2026 - 16:05
Müəllimlər “TəhsilPlus” kartlarını necə əldə edə bilərlər?24.03.2026 - 16:00
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - Rəsmi Açıqlama24.03.2026 - 15:50
Bağçada müəllim işləmək istəyənlərin nəzərinə !24.03.2026 - 15:40
Nabat Mirzəyeva: “Halüsinasiyalar davamlı olarsa, bu sadə hal deyil və mütləq mütəxəssisə müraciət edilməlidir”24.03.2026 - 15:20
Adil Qeybulla: “Gözaltı qaralmalar çox vaxt dərialtı piy təbəqəsinin dəyişməsi ilə bağlıdır”24.03.2026 - 15:10
Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"24.03.2026 - 15:00
Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək24.03.2026 - 14:55
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir24.03.2026 - 14:36
Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər24.03.2026 - 14:25
Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb24.03.2026 - 14:11
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib24.03.2026 - 13:57
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ24.03.2026 - 13:43
ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir24.03.2026 - 13:30
Sabah Bakıda buludlu, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir24.03.2026 - 13:18
Təhsildə süni intellektin istifadəsi - Araşdırma24.03.2026 - 13:00