Təhsil 365 - Logo Mobile

Şuşalı məktəbli: Arzum peşəkar musiqiçi olmaqdır

10424.03.2026 - 12:35
Şuşalı məktəbli: Arzum peşəkar musiqiçi olmaqdır

İllər sonra həyatın yenidən qayıtdığı Şuşada böyüyən gənclər artıq arzularını bu torpaqlarda qururlar. Bu gün şəhərin küçələrində milli musiqimizin sədası yenidən ucalır, tarın simlərindəki həzinlik, fortepianonun klassik ahəngi qədim şəhərə yeni nəfəs gətirir. Şuşanın musiqi ənənəsini gələcəyə daşıyan, mədəniyyət paytaxtının musiqi salnaməsinə öz imzasını atmağa hazırlaşan gənclərdən biri də şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məcid Məmmədovdur.

Məcid Məmmədov “Tehsil365” in bölgə müxbiri ilə söhbətində bildirib ki, musiqiyə olan marağı ailəsindən qaynaqlanır: “Mənim musiqiyə həvəsim ailəmizdən – babamdan, anamdan keçib. Babam Şuşadakı tar fabrikində işləyib, anam isə fortepiano müəllimidir”.

Məcid musiqi sahəsində ilk addımlarını doğma yurdundan uzaqda atıb. Köçkünlük illərində Ağcabədidə Üzeyir Hacıbəyli adına incəsənət məktəbində tar ixtisası üzrə təhsil alıb. Bu gün o, yalnız tarla kifayətlənmir: fortepiano, skripka və sazda da ifa edə bilir. Gənc istedadın ən böyük arzusu peşəkar musiqiçi olmaqdır: “Tarla yanaşı, fortepiano, skripka və sazda da ifa edirəm və həmin alətlər evimizdə var. Məqsədim təhsilimi Qarabağ Universitetinin İncəsənət fakültəsində davam etdirməkdir. Hazırda bu istiqamətdə hazırlaşıram. İstəyim gələcəkdə peşəkar musiqiçi olmaqdır”.

Şuşalı yeniyetmə musiqi ilə yanaşı, texnologiyaya da maraq göstərir. STEAM mərkəzində robototexnika ilə məşğul olur və komanda yoldaşları ilə Bakıda keçirilən “First Lego League Azərbaycan” yarışında iştirak edib. Lakin onun əsas marağı və hədəfi musiqidir.

Azərbaycanın musiqi beşiyi Şuşada milli sənət ənənələrimiz gənc nəslin qəlbində və barmaqlarında yenidən həyat tapır. Məcid Məmmədovun timsalında Şuşa gəncliyi müasir texnologiyanın yeniliklərini mənimsəməklə yanaşı, əsrlərin süzgəcindən keçib gələn musiqi irsimizə də böyük ehtiramla sahib çıxır. Bu gün Şuşada ucalan tarın səsi bir daha təsdiq edir ki, bu torpaqların əsl sahibləri öz mənəvi dəyərlərini yaşadır və gələcəklərini məhz doğma yurdlarında böyük inamla qururlar.

Zəhra Əliyeva

Xəbər Lenti

On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir24.03.2026 - 19:40
Macarıstanla kitabxana işi sahəsində əməkdaşlıq imkanları araşdırılır24.03.2026 - 19:32
ADNSU tələbələri Cenevrədə beynəlxalq sərgidə uğur qazanıblar24.03.2026 - 19:25
Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı24.03.2026 - 19:18
Bədii mətnlərlə işləmək uşaqlarda analitik düşüncəni inkişaf etdirirmi? – Psixoloq açıqladı24.03.2026 - 19:12
Uşaqlarda özünə inamın formalaşması üçün bağçada hansı metodlar tətbiq olunmalıdır? – Ekspert açıqladı24.03.2026 - 19:05
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib24.03.2026 - 18:56
İnfakrtdan sonra ürəyi bərpa edəcək iynə hazırlandı24.03.2026 - 18:52
Stres xərçəng yaradır? 24.03.2026 - 18:44
Özünə süni intellekt agenti yaradır24.03.2026 - 18:38
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb24.03.2026 - 18:32
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir24.03.2026 - 18:18
Şamaxı Avropa liseyinə media-tur təşkil olunub24.03.2026 - 18:14
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb24.03.2026 - 18:02
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz24.03.2026 - 17:55
Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR24.03.2026 - 17:48
Hər gün darçınlı su içsəniz bədəninizdə nə baş verər ?24.03.2026 - 17:45
Yer kürəsi üçün böyük TƏHLÜKƏ24.03.2026 - 17:42
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb24.03.2026 - 17:35
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib24.03.2026 - 17:34
Astronomlar kainatın sirlərini açıqlayır24.03.2026 - 17:25
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir? 24.03.2026 - 17:24
Dünya Bankı uşaqların təhsilinə dəstək verir24.03.2026 - 17:18
İndoneziyada tarixi tapıntı: Bəşəriyyətin ən qədim əl izi aşkar edildi24.03.2026 - 17:15
Nardaran ABAD Keramika Mərkəzi: Qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi 24.03.2026 - 17:12
Alimlər həyatın mümkün ola biləcəyi yeni planetlər kəşf ediblər 24.03.2026 - 17:05
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb - Hesabat24.03.2026 - 17:00
"Yango Azerbaijan" ilə İnnovasiya Agentliyi arasında strateji əməkdaşlıq 24.03.2026 - 16:55
"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür24.03.2026 - 16:45
ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı24.03.2026 - 16:35
Qarabağ Peşə Hazırlığı Mərkəzində 1650 nəfər hazırlıq kurslarına cəlb olunub24.03.2026 - 16:25
SOCAR Georgia Petroleum tələbələr üçün İş və Təhsil Proqramı elan edib24.03.2026 - 16:05
Müəllimlər “TəhsilPlus” kartlarını necə əldə edə bilərlər?24.03.2026 - 16:00
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - Rəsmi Açıqlama24.03.2026 - 15:50
Bağçada müəllim işləmək istəyənlərin nəzərinə !24.03.2026 - 15:40
Nabat Mirzəyeva: “Halüsinasiyalar davamlı olarsa, bu sadə hal deyil və mütləq mütəxəssisə müraciət edilməlidir”24.03.2026 - 15:20
Adil Qeybulla: “Gözaltı qaralmalar çox vaxt dərialtı piy təbəqəsinin dəyişməsi ilə bağlıdır”24.03.2026 - 15:10
Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"24.03.2026 - 15:00
Mətanət Əliyeva: “Qorxunu tam yox etmək deyil, onu idarə etməyi öyrənmək vacibdir”24.03.2026 - 15:00
Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək24.03.2026 - 14:55
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir24.03.2026 - 14:36
Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər24.03.2026 - 14:25
Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb24.03.2026 - 14:11
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib24.03.2026 - 13:57
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ24.03.2026 - 13:43
ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir24.03.2026 - 13:30
Sabah Bakıda buludlu, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir24.03.2026 - 13:18
Təhsildə süni intellektin istifadəsi - Araşdırma24.03.2026 - 13:00