Hər uşaqın öz dünyası var, valideyn övladının potensialını görüb psixoloq və ya mütəxəssislərlə addımlar atsalar, uşağın uğuru daha da yüksələ bilər.
Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Aytən Ələkbərova bildirib.
“Hər uşaqın öz dünyası olduğuna görə, valideyn uşaq psixologiyasını, yaş psixologiyasını bilib, lazım gəldikdə mütəxəssislərlə əlaqə saxlamalıdır. Bəzən valideyn övladının uğurunu görə bilmir, psixoloq potensialı göstərir, valideyn isə deyir “heç bilməzdim”, bəhanələr gətirir. Psixoloji əminlik uşağın uğurunu artırır. Valideyn övladında seçimləri görüb addımlar atsın, o zaman uğur bir ömür boyu fərq edilə bilər. “Uşaqsan, amma tərbiyə belə olmalıdır” prinsipi vacibdir; hər şeyə icazə vermək uşaqı arxayın edir və uğur gətirmir. Gələcəkdə belə hallar yaranmasın deyə, valideynlər bilikdən kənara çıxmamalıdır.”

