Təhsil 365 - Logo Mobile

Nardaran ABAD Keramika Mərkəzi: Qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi

7224.03.2026 - 17:12
Nardaran ABAD Keramika Mərkəzi: Qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi

Gil, su və ustanın zəhməti... Sadə elementlərin birləşməsindən yaranan möhtəşəm sənət əsərləri. 2019-cu ildən fəaliyyət göstərən Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində milli ənənələrin qorunması və yaşadılması uğurla davam etdirilir. "ABAD"ın yaratdığı şərait sayəsində əsasən yerli sakinlərdən ibarət komanda həm yerli, həm də xarici bazarlar üçün yüksəkkeyfiyyətli məhsullar hazırlayır.

“Tehsil365" AZƏRTAC a istinadən xəbər verir ki, AZƏRTAC müxbirləri mərkəzdə olaraq, "ABAD"ın əməkdaşların həyatında yaratdığı müsbət dəyişiklikləri və iş prosesini yerindəcə müşahidə ediblər. 2018-ci ildən “ABAD”da layihə meneceri olaraq fəaliyyət göstərən Fərrux Bağırov turistlərin və yerli vətəndaşların mərkəzin məhsullarına böyük maraq göstərdiyini bildirib: “Məhsullarımız həm məişətdə, həm də dekorativ məqsədlərlə istifadə olunur. Müxtəlif sifarişlər, o cümlədən yarışlar üçün kuboklar hazırlayırıq. Hazır məhsullar “ABAD”ın mərkəzi anbarına təhvil verilir və çeşidlənərək satış nöqtələrinə göndərilir. Xüsusi layihələrimizdən biri Cəbrayıl rayonunun Horovlu kəndində istifadə olunan qapı nümunələridir. Dekorativ vazlarımız isə bulaq ətraflarını bəzəyir. Nardarandan bütün Azərbaycana, o cümlədən Qarabağa töhfəmiz var. İstehsalımız tam dünya standartlarına cavab verir və xaricdən, xüsusilə xırda dekorativ məhsullar və fincanlara sifarişlər alırıq. Azərbaycanın qədim keramika ənənəsini yaşadıb, gələcək nəsillərə çatdırmaq istəyirik”.

Mərkəzdə çalışan ustalar üçün "ABAD" həm də yeni bir peşəyə yiyələnmək şansı olub. Aqil Əliyev keramika sənətini mərkəzdə öyrəndiyini bildirib: “2019-cu ildə bura gəldim və keramika sənətini burada öyrəndim. “ABAD” mənə bu şansı yaratdı. Gillə işləməyi, modellərin yonulması və qəlibdən çıxarılması sirlərini yiyələndim. Gillə incə davranmaq lazımdır; işin çətinliyindən asılı olaraq bir qab 10 dəqiqəyə və ya 5 saata hazır ola bilər”.

Mərkəzdə fəaliyyət göstərən Sadiq Xəlilov deyir: “Yeddi ilə yaxındır buradayam. Uşaqlıqdan sənətə marağım olub, kibrit çöplərindən ev maketləri hazırlayırdım. “ABAD”la tanışlığım mənim üçün yeni bir yol açdı, bu sahədə özümü xoşbəxt hiss edirəm”.

Zeynəb Mikayılzadə isə bildirib: “Mərkəz açılanda maraq üçün gəldim, əl işlərimi bəyənib işə qəbul etdilər. Uşaqlıqdan rəsmə marağım var idi, burada isə keramika ilə dərindən tanış oldum. “ABAD” sayəsində hər şeyi sıfırdan öyrəndik və işimizi həvəslə görürük”.

Hazırda mərkəzdə 9 nəfər çalışır. Onlar modelin hazırlanmasından tutmuş, bişirilmə və rənglənməyə qədər bütün prosesdə iştirak edirlər. Nardaran ABAD Keramika Mərkəzində hazırlanan hər bir nümunə, qədim ənənələrin yaşadılması və gələcəyə ötürülməsi missiyasını daşıyır.

Nərmin Mustafayeva

Xəbər Lenti

On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir24.03.2026 - 19:40
Macarıstanla kitabxana işi sahəsində əməkdaşlıq imkanları araşdırılır24.03.2026 - 19:32
ADNSU tələbələri Cenevrədə beynəlxalq sərgidə uğur qazanıblar24.03.2026 - 19:25
Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı24.03.2026 - 19:18
Bədii mətnlərlə işləmək uşaqlarda analitik düşüncəni inkişaf etdirirmi? – Psixoloq açıqladı24.03.2026 - 19:12
Uşaqlarda özünə inamın formalaşması üçün bağçada hansı metodlar tətbiq olunmalıdır? – Ekspert açıqladı24.03.2026 - 19:05
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib24.03.2026 - 18:56
İnfakrtdan sonra ürəyi bərpa edəcək iynə hazırlandı24.03.2026 - 18:52
Stres xərçəng yaradır? 24.03.2026 - 18:44
Özünə süni intellekt agenti yaradır24.03.2026 - 18:38
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb24.03.2026 - 18:32
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir24.03.2026 - 18:18
Şamaxı Avropa liseyinə media-tur təşkil olunub24.03.2026 - 18:14
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb24.03.2026 - 18:02
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz24.03.2026 - 17:55
Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR24.03.2026 - 17:48
Hər gün darçınlı su içsəniz bədəninizdə nə baş verər ?24.03.2026 - 17:45
Yer kürəsi üçün böyük TƏHLÜKƏ24.03.2026 - 17:42
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb24.03.2026 - 17:35
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib24.03.2026 - 17:34
Astronomlar kainatın sirlərini açıqlayır24.03.2026 - 17:25
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir? 24.03.2026 - 17:24
Dünya Bankı uşaqların təhsilinə dəstək verir24.03.2026 - 17:18
İndoneziyada tarixi tapıntı: Bəşəriyyətin ən qədim əl izi aşkar edildi24.03.2026 - 17:15
Alimlər həyatın mümkün ola biləcəyi yeni planetlər kəşf ediblər 24.03.2026 - 17:05
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb - Hesabat24.03.2026 - 17:00
"Yango Azerbaijan" ilə İnnovasiya Agentliyi arasında strateji əməkdaşlıq 24.03.2026 - 16:55
"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür24.03.2026 - 16:45
ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı24.03.2026 - 16:35
Qarabağ Peşə Hazırlığı Mərkəzində 1650 nəfər hazırlıq kurslarına cəlb olunub24.03.2026 - 16:25
SOCAR Georgia Petroleum tələbələr üçün İş və Təhsil Proqramı elan edib24.03.2026 - 16:05
Müəllimlər “TəhsilPlus” kartlarını necə əldə edə bilərlər?24.03.2026 - 16:00
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - Rəsmi Açıqlama24.03.2026 - 15:50
Bağçada müəllim işləmək istəyənlərin nəzərinə !24.03.2026 - 15:40
Nabat Mirzəyeva: “Halüsinasiyalar davamlı olarsa, bu sadə hal deyil və mütləq mütəxəssisə müraciət edilməlidir”24.03.2026 - 15:20
Adil Qeybulla: “Gözaltı qaralmalar çox vaxt dərialtı piy təbəqəsinin dəyişməsi ilə bağlıdır”24.03.2026 - 15:10
Mətanət Əliyeva: “Qorxunu tam yox etmək deyil, onu idarə etməyi öyrənmək vacibdir”24.03.2026 - 15:00
Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"24.03.2026 - 15:00
Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək24.03.2026 - 14:55
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir24.03.2026 - 14:36
Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər24.03.2026 - 14:25
Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb24.03.2026 - 14:11
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib24.03.2026 - 13:57
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ24.03.2026 - 13:43
ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir24.03.2026 - 13:30
Sabah Bakıda buludlu, rayonlarda isə yağıntılı hava şəraiti gözlənilir24.03.2026 - 13:18
Təhsildə süni intellektin istifadəsi - Araşdırma24.03.2026 - 13:00