Təhsil 365 - Logo Mobile

Alimlər D vitamininin bədənə yeni təsirini kəşf etdi

8425.03.2026 - 09:27
Alimlər D vitamininin bədənə yeni təsirini kəşf etdi

Alimlər yüksək dozada D3 vitamininin COVID-19 infeksiyasının gedişatına təsirini araşdırıblar və nəticələr, yumşaq desək, gözlənilməz olub.

Tədqiqatda ABŞ və Monqolustandan COVID-19 testi müsbət çıxmış 1747 nəfər və onlarla birlikdə yaşayan 277 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: bir qrup 4 həftə ərzində gündəlik D3 vitamini qəbul edib, digər qrup isə plasebo alıb.

İlk iki gün ərzində iştirakçılara 9600 beynəlxalq vahid (BV), daha sonra isə gündəlik 3200 BV dəstək dozası verilib.

Kəskin mərhələyə təsir müşahidə olunmayıb

Dörd həftəlik müşahidə müddətində D vitamini qəbul edənlərlə plasebo qrupu arasında əhəmiyyətli fərq aşkar edilməyib. Həmçinin yüksək dozalar yoluxma riskini də azaltmayıb.

Uzunmüddətli COVID-19 üçün ümidverici nəticə

Bununla belə, tədqiqat uzunmüddətli COVID-19 ilə bağlı yeni nəticələr ortaya qoyub. D vitamini qəbul edən qrupda iştirakçıların 21%-i ən azı bir uzunmüddətli simptom barədə məlumat verib, plasebo qrupunda isə bu göstərici 25% olub.

Alimlər bu fərqi statistik baxımdan sərhəd səviyyədə əhəmiyyətli hesab edirlər və əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Daha ciddi şəkildə dozaya riayət edən iştirakçılar arasında isə daha müsbət nəticələr müşahidə olunub. Bu qrupda yoluxmadan 8 həftə sonra simptomların qalma ehtimalı daha aşağı olub.

Tədqiqatın müəlliflərindən Coann Menson bildirib ki, uzunmüddətli COVID-19 — yorğunluq, nəfəs darlığı və idrak problemləri kimi simptomlarla — bir çox insanın həyatına ciddi təsir göstərir. Onun sözlərinə görə, D vitamini kəskin mərhələyə təsir göstərməsə də, uzunmüddətli təsirlər baxımından perspektivli nəticələr göstərib və bu istiqamətdə daha geniş tədqiqatlar aparılmalıdır.

Qeyd olunur ki, böyüklər üçün gündəlik D vitamini norması 600 BV, 70 yaşdan yuxarı şəxslər üçün isə 800 BV təşkil edir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Süni intellekt nəzarətdən çıxır? - Yeni hesabat şok etdi25.03.2026 - 16:45
7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində25.03.2026 - 16:40
NASA-dan gözlənilməz addım: Ayda baza qurulacaq25.03.2026 - 16:35
5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?25.03.2026 - 16:35
Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı25.03.2026 - 16:25
ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək25.03.2026 - 16:15
QS agentliyinin reytinqində BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir25.03.2026 - 16:10
Strasburqda azərbaycanlı tələbələr və elmi təşəbbüslər diqqət mərkəzində olub25.03.2026 - 16:05
Tibb eksperti Rasif Bağırov: “Özünü internetdən müalicə etmək ən böyük səhvlərdəndir”25.03.2026 - 16:00
QS sahə reytinqində Azərbaycanın təmsilçiliyi 4 dəfə artdı25.03.2026 - 16:00
ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb25.03.2026 - 15:50
ADNSU kompüter elmləri və informasiya sistemləri üzrə ölkə birincisi oldu25.03.2026 - 15:40
Nikoloz Xatiaşvili: Süni intellekt sahəsində Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq fayda verə bilər25.03.2026 - 15:30
Britaniyalı səyyah: Qarabağ hələ tam kəşf olunmamış bir ərazidir25.03.2026 - 15:20
İstanbulda keçiriləcək növbəti STRATCOM Zirvəsi beynəlxalq gündəmi müzakirəyə çıxaracaq25.03.2026 - 15:15
Məzahir Məmmədli: “Məktəb kitabxanaları sadəcə kitab saxlama yeri olmamalıdır”25.03.2026 - 15:10
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub25.03.2026 - 15:00
Ramin Nurəliyev: “Süni intellekt təhsildə ən böyük dəyişiklikləri yaradacaq”25.03.2026 - 15:00
BMU ilk dəfə “QS World University Rankings by Subject 2026”-da yer alıb25.03.2026 - 14:49
Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır25.03.2026 - 14:38
Gəncədə gənc şahmatçılar arasında ölkə çempionatının final mərhələsinə start verilib25.03.2026 - 14:29
UNEC dünyada İqtisadiyyat üzrə 250-ci yerə yüksəlib25.03.2026 - 14:16
Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib25.03.2026 - 14:04
"Oxumağa məcbur etmək şagirddə ciddi şəkildə narahatlıqlar yaradır və məktəbi sevməməyə gətirib çıxarır" - Psixoloq Aytəkin Məmmədova25.03.2026 - 13:57
Naxçıvanda "Bahar" festivalı keçirilib25.03.2026 - 13:56
Bakıda yağıntının miqdarı 5 mm-dir - FAKTİKİ HAVA - YENİLƏNİB25.03.2026 - 13:41
Azərbaycan üzgüçüləri Gürcüstanda 47 medal qazanıblar25.03.2026 - 13:30
Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb25.03.2026 - 13:18
Respublika fənn olimpiadalarının final mərhələsi başlanır25.03.2026 - 13:07
Azərbaycan universitet reytinqlərində top 100-də yer alır25.03.2026 - 12:55
Azərbaycanlı alimlər ailəsi Türkiyədə mühəndisliyin inkişafına töhfə verir25.03.2026 - 12:45
QS agentliyinin reytinq nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir25.03.2026 - 12:34
ADU “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 151–200 universiteti sırasındadır25.03.2026 - 12:22
"OpenAI" "Sora" neyron şəbəkəsini bağlamaq qərarına gəlib25.03.2026 - 09:55
“Sosial şəbəkələr uşaqların dərsə diqqətini azaldır” - Aysel Məmmədova 25.03.2026 - 09:55
Çox təhlükəli virus: Yeni karantin qapıda!25.03.2026 - 09:35
Dünyada təhsil sisteminə görə ən yaxşı ölkələr25.03.2026 - 09:15
Bu qidalar yaddaşı gücləndirir25.03.2026 - 09:09
Yaxın illərdə Gürcüstanda dövlət universitetlərinə qəbul kvotaları ikiqat artırılacaq25.03.2026 - 09:00
Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı25.03.2026 - 08:55
Bu vərdiş narahatlıq riskini artırır25.03.2026 - 08:45
İnsan ömrünü uzatmaq artıq fantaziya deyil25.03.2026 - 08:30
NASA Ayla bağlı planına dəyişiklik edib25.03.2026 - 08:21
“Yeni dərs metodları şagirdlərin öyrənməsini asanlaşdırır” - Pedaqoqdan AÇIQLAMA25.03.2026 - 08:13
Ramazandan sonra çox yemək infarkt riskini artırır25.03.2026 - 08:01
"Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür 25.03.2026 - 07:52
Süni intellekt sayəsində yüzdən çox ekzoplanet aşkar olunub25.03.2026 - 07:42