Respublika fənn olimpiadalarının final mərhələsinin tarixləri açıqlanıb. Olimpiadalar Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.
Təhsil İnstitutundan “Tehsil365” ə bildirilib ki, aprelin 18-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat (I gün), fizika (nəzəri hissə) və biologiya (nəzəri hissə) üzrə yarışlar keçiriləcək.
Aprelin 19-da riyaziyyat (II gün), fizika (praktiki tur) və biologiya (praktiki tur) fənləri üzrə biliklər sınanacaq. Aprelin 28-də kimya, mayın 1-2-də informatika (I və II gün) üzrə final mərhələ keçiriləcək.

