Təhsil 365 - Logo Mobile

İstanbulda keçiriləcək növbəti STRATCOM Zirvəsi beynəlxalq gündəmi müzakirəyə çıxaracaq

7125.03.2026 - 15:15
İstanbulda keçiriləcək növbəti STRATCOM Zirvəsi beynəlxalq gündəmi müzakirəyə çıxaracaq

Martın 27-28-də İstanbulda beşinci Strateji Kommunikasiya Zirvəsi (STRATCOM) keçiriləcək.

“Tehsil365“ xəbər verir ki, 38 ölkədən onlarla yüksəksəviyyəli şəxsi bir araya gətirəcək tədbirdə Yaxın Şərqdəki gərginlik, eləcə də beynəlxalq sistemlə bağlı mövcud suallar müzakirə ediləcək.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, həmçinin 10 ölkədən 11 nazir və 60-dan çox yüksəksəviyyəli rəsminin qatılacağı STRATCOM Zirvəsi bu il “Beynəlxalq sistemdə qopma: Böhranlar, narrativlər və nizam axtarışı” mövzusu ilə təşkil olunacaq.

İki gün davam edəcək tədbirdə beynəlxalq sistemdə baş verən parçalanmalar, bunun nəticəsində ortaya çıxan böhranlar və qlobal nizam axtarışına dair müxtəlif bölgələrin yanaşmaları ətrafında fikir mübadiləsi aparılacaq.

Mövzu ilə bağlı sosial media hesabında açıqlama verən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib ki, tədbirin məqsədi strateji kommunikasiyanın gücündən istifadə edərək beynəlxalq əməkdaşlığı möhkəmləndirmək və ortaq düşüncəni hərəkətə gətirməkdir. O qeyd edib ki, bu Zirvə yalnız bir görüş deyil, həm də qlobal problemlərin həlli istiqamətində güclü iradə nümayişidir.

Kommunikasiyanı böhranların idarə olunması və davamlı həllərin qurulmasında ən təsirli vasitələrdən biri kimi qiymətləndirən Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın baxışına uyğun təşkil olunan STRATCOM Zirvəsi qlobal problemlər üçün ortaq dilin formalaşdırılmasına, dialoq kanallarının gücləndirilməsinə və daha ədalətli beynəlxalq sistemin qurulmasına töhfə verməyi hədəfləyir.

Artan geosiyasi gərginliklər, iqtisadi dalğalanmalar və müxtəlif böhranların fonunda keçiriləcək Zirvədə təkcə beynəlxalq sistemdəki struktur dəyişiklikləri deyil, eyni zamanda, getdikcə güclənən qlobal narrativ rəqabəti də müzakirə olunacaq.

Qeyd edək ki, STRATCOM Zirvəsi Münhen Təhlükəsizlik Konfransından sonra beynəlxalq sistemin gələcəyini strateji kommunikasiya baxımından müzakirə edən ilk yüksək səviyyəli platforma olmaq xüsusiyyətini daşıyır. Zirvə xüsusilə Yaxın Şərqdəki müharibənin beynəlxalq səviyyədə geniş şəkildə müzakirə ediləcəyi mühüm bir mühit təqdim edəcək.

Mehriban İbadova

Xəbər Lenti

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib25.03.2026 - 19:44
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik25.03.2026 - 19:36
Şeirlə və yazı ilə məşğul olmaq uşaqların psixoloji inkişafına necə təsir edir? – Psixoloq açıqladı25.03.2026 - 19:29
"Google"un keçmiş top-meneceri BBC-nin yeni rəhbəri təyin edildi25.03.2026 - 19:20
Beynəlxalq reytinqə daxil olan universitetlərimizin sayı 2 dəfə artıb25.03.2026 - 19:12
Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb25.03.2026 - 19:05
Ədəbiyyat dərslərinin maraqsız keçilməsi uşaqlarda hansı psixoloji nəticələr yaradır? – Psixoloq açıqladı25.03.2026 - 18:56
Yaddaş itkisi bu orqanla bağlı ola bilər — Araşdırma 25.03.2026 - 18:50
Vizual və sürətli informasiya uşaqların dərin düşünmə qabiliyyətini zəiflədir mi? – Psixoloq açıqladı25.03.2026 - 18:48
İranda 10 yaşlı uşaq partlayış səsindən vəfat edib25.03.2026 - 18:42
Prezidentin açılışını etdiyi məktəbin ilk şagirdlərindən biri Sabir olub25.03.2026 - 18:40
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var25.03.2026 - 18:36
İnsan ömrünü uzatmaq artıq fantaziya deyil25.03.2026 - 18:28
Dünyada təhsil sisteminə görə ən yaxşı ölkələr25.03.2026 - 18:22
Neyrologiyada irəliləyiş: Beyin naviqasiya sistemi necə işləyir?25.03.2026 - 18:20
“Meta” azyaşlı istismarına şərait yaratmaqda günahlandırıldı25.03.2026 - 18:16
Ayda nəhəng enerji kəməri - Bütün bəşəriyyət üçün kifayət edəcək25.03.2026 - 18:10
RFO-nun final tarixləri AÇIQLANIB25.03.2026 - 18:09
OpenAI elmi təşəbbüslərə 1 milyard dollar ayırdı25.03.2026 - 18:02
Dünyanın temperaturu yüksəlir: Son 2 milyon ilin rekord həddi qırıldı25.03.2026 - 18:00
iOS 27-nin təqdimat tarixi açıqlandı25.03.2026 - 17:55
Məktəbdən evə qayıdan 6 yaşlı uşağa sahibsiz itlər hücum edib25.03.2026 - 17:51
Pişiklər niyə həmişə ayaqları üstə düşür?25.03.2026 - 17:50
Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası25.03.2026 - 17:45
İran hücumlarında 5 yaşdan kiçik 66 uşaq həyatını itirib25.03.2026 - 17:42
Oturaq həyat tərzi sağlamlıq üçün ciddi təhlükə yaradır25.03.2026 - 17:40
Yeməkdən yarım saat sonra bunu edin - Çox faydalıdır25.03.2026 - 17:35
Naxçıvanda “Bahar” festivalı başa çatıb25.03.2026 - 17:33
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA25.03.2026 - 17:30
Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 25.03.2026 - 17:26
Rəşad Hüseynov: "Aqrar elm iqlim dəyişikliyi şəraitində strateji əhəmiyyət kəsb edir"25.03.2026 - 17:25
Azərbaycanda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ25.03.2026 - 17:20
Yaroslavlda Novruz sevinci25.03.2026 - 17:18
Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib25.03.2026 - 17:15
Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib25.03.2026 - 17:12
Sabah bəzi rayonlara yağış yağacaq25.03.2026 - 17:10
Macarıstanın Xarici Dillər Ədəbiyyatı Muzeyində Azərbaycan guşəsi yaradılıb25.03.2026 - 17:05
BMU ilk dəfə “QS World University Rankings by Subject 2026”da yer alıb25.03.2026 - 17:04
Rusiyalı mütəxəssis: "Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"25.03.2026 - 17:00
Uşaqların telefon asılılığının qarşısını necə almaq olar?25.03.2026 - 17:00
Qorxulu görünüşlü mumiya hərraca çıxarılır25.03.2026 - 16:55
Dünyada 350 milyondan çox insan depressiyadadır25.03.2026 - 16:50
Süni intellekt nəzarətdən çıxır? - Yeni hesabat şok etdi25.03.2026 - 16:45
7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində25.03.2026 - 16:40
5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?25.03.2026 - 16:35
NASA-dan gözlənilməz addım: Ayda baza qurulacaq25.03.2026 - 16:35
Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı25.03.2026 - 16:25
ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək25.03.2026 - 16:15