Süni intellekt vasitəsilə yaradılan uşaqlara qarşı cinsi zorakılığı əks etdirən təsvir və videoların, eləcə də digər ekstremal məzmunların sayı rekord həddə çatıb.
“Tehsil365“ xəbər verir ki, bu barədə Avropada bu növ materiallarla mübarizə aparan ən böyük qaynar xətlərdən biri olan "Internet Watch Foundation" (IWF) qeyri-kommersiya təşkilatının hesabatında qeyd olunub.
2025-ci ildə təşkilat uşaqlara qarşı cinsi zorakılığı əks etdirən 8 029 realistik təsvir aşkarlayıb ki, bu da əvvəlki illə müqayisədə 14% çoxdur. Süni intellekt tərəfindən yaradılan və analitiklər tərəfindən yoxlanılan 3 mindən çox videoçarxın 65%-i (2024-cü ildəki 13%-lə müqayisədə) zorlama, işgəncə və zoofiliya kimi ağır cinayətləri təsvir edir.

