Təhsil 365 - Logo Mobile

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb

7225.03.2026 - 17:26
Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılış mərasimi keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbirdə çıxış edən Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa Macarıstan ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. David Rozsa Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki xalq arasında mədəni dialoqun və əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və ortaq dəyərləri ön plana çıxarır. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Milli Seçeni Kitabxanası arasında əməkdaşlıq uğurla inkişaf edir və 2032-ci ilə qədər qüvvədə olan razılaşma birgə layihələr üçün möhkəm əsas yaradır. David Rozsa vurğulayıb ki, son illərdə Azərbaycan tərəfinin dəstəyi ilə kitabxananın fondu Azərbaycan nəşrləri ilə zənginləşdirilib və hazırda oxucular üçün 150-dən artıq Azərbaycan kitabı təqdim olunur. Bu nəşrlər ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında dolğun təsəvvür yaradır. O, həmçinin xatırladıb ki, 2024-cü ildə Bakıda Macarıstan Ədəbiyyatı Bölməsinin açılması qarşılıqlı mədəni əməkdaşlığın bariz nümunəsidir və Budapeştdə Azərbaycan guşəsinin yaradılması bu əməkdaşlığın davamıdır.

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxışında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələr son illərdə bütün sahələr üzrə, xüsusilə mədəniyyət istiqamətində dinamik şəkildə inkişaf edir. Səfir vurğulayıb ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatının Macarıstanda təqdim olunması ölkəmizin zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatı əsrlər boyu formalaşaraq humanizm, tolerantlıq və multikultural dəyərləri özündə ehtiva edir və bu dəyərlər bu gün də актуallığını qoruyur.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bildirib ki, bu təşəbbüs Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın növbəti mühüm göstəricisidir, kitabxanalar yalnız informasiya mərkəzləri deyil, həm də xalqların tarixi yaddaşını və milli-mənəvi dəyərlərini qoruyan vacib mədəniyyət ocaqlarıdır.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Dr. Adam Imre Szücz çıxışında bu təşəbbüsün Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, yeni yaradılan kitab bölməsi macar oxuculara Azərbaycanın zəngin ədəbiyyatı, tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq. Dövlət katibi qeyd edib ki, kitablar mədəni diplomatiyanın ən güclü vasitələrindən biridir və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir.

Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin İctimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nailiyyəti kimi qiymətləndirib. O bildirib ki, bu təşəbbüs Macarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Mate Vincze qeyd edib ki, kitabxanalar xalqlar arasında mədəni körpü rolunu oynayır və Azərbaycan ədəbiyyatının Macarıstanda təqdimatı oxucular üçün yeni imkanlar yaradır.

Tədbirdə hər iki ölkənin mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib25.03.2026 - 19:44
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik25.03.2026 - 19:36
Şeirlə və yazı ilə məşğul olmaq uşaqların psixoloji inkişafına necə təsir edir? – Psixoloq açıqladı25.03.2026 - 19:29
"Google"un keçmiş top-meneceri BBC-nin yeni rəhbəri təyin edildi25.03.2026 - 19:20
Beynəlxalq reytinqə daxil olan universitetlərimizin sayı 2 dəfə artıb25.03.2026 - 19:12
Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb25.03.2026 - 19:05
Ədəbiyyat dərslərinin maraqsız keçilməsi uşaqlarda hansı psixoloji nəticələr yaradır? – Psixoloq açıqladı25.03.2026 - 18:56
Yaddaş itkisi bu orqanla bağlı ola bilər — Araşdırma 25.03.2026 - 18:50
Vizual və sürətli informasiya uşaqların dərin düşünmə qabiliyyətini zəiflədir mi? – Psixoloq açıqladı25.03.2026 - 18:48
İranda 10 yaşlı uşaq partlayış səsindən vəfat edib25.03.2026 - 18:42
Prezidentin açılışını etdiyi məktəbin ilk şagirdlərindən biri Sabir olub25.03.2026 - 18:40
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var25.03.2026 - 18:36
İnsan ömrünü uzatmaq artıq fantaziya deyil25.03.2026 - 18:28
Dünyada təhsil sisteminə görə ən yaxşı ölkələr25.03.2026 - 18:22
Neyrologiyada irəliləyiş: Beyin naviqasiya sistemi necə işləyir?25.03.2026 - 18:20
“Meta” azyaşlı istismarına şərait yaratmaqda günahlandırıldı25.03.2026 - 18:16
Ayda nəhəng enerji kəməri - Bütün bəşəriyyət üçün kifayət edəcək25.03.2026 - 18:10
RFO-nun final tarixləri AÇIQLANIB25.03.2026 - 18:09
OpenAI elmi təşəbbüslərə 1 milyard dollar ayırdı25.03.2026 - 18:02
Dünyanın temperaturu yüksəlir: Son 2 milyon ilin rekord həddi qırıldı25.03.2026 - 18:00
iOS 27-nin təqdimat tarixi açıqlandı25.03.2026 - 17:55
Məktəbdən evə qayıdan 6 yaşlı uşağa sahibsiz itlər hücum edib25.03.2026 - 17:51
Pişiklər niyə həmişə ayaqları üstə düşür?25.03.2026 - 17:50
Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası25.03.2026 - 17:45
İran hücumlarında 5 yaşdan kiçik 66 uşaq həyatını itirib25.03.2026 - 17:42
Oturaq həyat tərzi sağlamlıq üçün ciddi təhlükə yaradır25.03.2026 - 17:40
Yeməkdən yarım saat sonra bunu edin - Çox faydalıdır25.03.2026 - 17:35
Naxçıvanda “Bahar” festivalı başa çatıb25.03.2026 - 17:33
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA25.03.2026 - 17:30
Rəşad Hüseynov: "Aqrar elm iqlim dəyişikliyi şəraitində strateji əhəmiyyət kəsb edir"25.03.2026 - 17:25
Azərbaycanda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ25.03.2026 - 17:20
Yaroslavlda Novruz sevinci25.03.2026 - 17:18
Avropada insanın "H9N2" quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib25.03.2026 - 17:15
Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib25.03.2026 - 17:12
Sabah bəzi rayonlara yağış yağacaq25.03.2026 - 17:10
Macarıstanın Xarici Dillər Ədəbiyyatı Muzeyində Azərbaycan guşəsi yaradılıb25.03.2026 - 17:05
BMU ilk dəfə “QS World University Rankings by Subject 2026”da yer alıb25.03.2026 - 17:04
Rusiyalı mütəxəssis: "Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"25.03.2026 - 17:00
Uşaqların telefon asılılığının qarşısını necə almaq olar?25.03.2026 - 17:00
Qorxulu görünüşlü mumiya hərraca çıxarılır25.03.2026 - 16:55
Dünyada 350 milyondan çox insan depressiyadadır25.03.2026 - 16:50
Süni intellekt nəzarətdən çıxır? - Yeni hesabat şok etdi25.03.2026 - 16:45
7 universitetimiz dünyanın ən yaxşı ali məktəblərinin reytinqində25.03.2026 - 16:40
5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?25.03.2026 - 16:35
NASA-dan gözlənilməz addım: Ayda baza qurulacaq25.03.2026 - 16:35
Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı25.03.2026 - 16:25
ABŞ-də "Meta" korporasiyası azyaşlıların təhlükəsizliyi ilə bağlı böyük məbləğdə təzminat ödəyəcək25.03.2026 - 16:15