İran Qızıl Aypara Cəmiyyətinin Prezidenti Kulivand bildirib ki, hücumlarının başladığı dövrdən bu yana 5 yaşdan kiçik 66 uşaq şəhid olub.
“Tehsil365" Türkiyə mediasına istinadən xəbər verir ki, Kulivand davam edən hücumların mülki əhaliyə ağır təsirlərinə diqqət çəkərək, hücumların başlanğıcından etibarən 5 yaşdan kiçik 66 uşağın həyatını itirdiyini qeyd edib.
Hücumların intensivləşdiyi Təbrizdə dağıntıların ciddi səviyyəyə çatdığı vurğulanıb, ölkə üzrə isə 85 mindən çox mülki yaşayış yerinin zərər gördüyü bildirilib. Bu binaların 64 583-ü mənzil, təxminən 20 mini isə iş yeri olub.
Bundan əlavə, hücumlarda 282 səhiyyə mərkəzi və 600 məktəbin istifadəyə yararsız hala gəldiyi qeyd edilib.

