Respublika Fənn Olimpiadalarının (RFO) final günləri müəyyənləşib.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) “Tehsil365"ə bildirilib ki, olimpiadalar aşağıdakı qrafik üzrə keçiriləcək:
18 aprel: Azərbaycan dili və ədəbiyyat, Tarix, Coğrafiya, Riyaziyyat (I gün), Fizika (nəzəri hissə), Biologiya (nəzəri hissə)
19 aprel: Riyaziyyat (II gün), Fizika (praktiki tur), Biologiya (praktiki tur)
28 aprel: Kimya
1 may: İnformatika (I gün)
2 may: İnformatika (II gün)

