Alimlər müəyyən ediblər ki, fiziki aktivliyi aşağı olan insanlar qəfil ürək ölümü ilə daha tez-tez qarşılaşırlar.
“Tehsil365” xəbər verir ki, 28 il ərzində 10 mindən çox insanın iştirakı ilə aparılan araşdırmanın nəticələrinə görə, aktiv həyat tərzi sürən şəxslərdə qəfil ölüm riski oturaq həyat tərzi keçirənlərlə müqayisədə təxminən 50% daha aşağı olub.
Tədqiqat zamanı yaş, ümumi sağlamlıq vəziyyəti və həyat tərzi kimi amillər nəzərə alınsa da, fiziki aktivliyin qoruyucu təsiri aydın şəkildə müşahidə edilib.
Alimlər qeyd edirlər ki, oturaq həyat tərzi çox vaxt xroniki xəstəliklər və digər risk faktorları ilə birlikdə müşahidə olunur ki, bu da qəfil ölüm ehtimalını artırır.

