Təhsil 365 - Logo Mobile

ADNSU kompüter elmləri və informasiya sistemləri üzrə Azərbaycanda birinci yeri tutub

7525.03.2026 - 19:54
ADNSU kompüter elmləri və informasiya sistemləri üzrə Azərbaycanda birinci yeri tutub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il nəticələrində mühüm elmi nailiyyət əldə edib. Universitet kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə ilk dəfə qlobal reytinq siyahısına daxil olub və 451–500 intervalında qərarlaşıb. Həmçinin, bu göstərici Azərbaycan universitetləri arasında həmin istiqamət üzrə ən yüksək nəticədir.

“Tehsil365" xəbər verir ki, bu nəticə universitetdə son illərdə informasiya texnologiyaları və rəqəmsal texnologiyalar sahəsində aparılan elmi tədqiqatların və tədris fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2020-2024-cü illər ərzində kompüter elmləri istiqamətində ADNSU alimləri tərəfindən 534 elmi nəşr hazırlanıb. Bu tədqiqatlara 2735-dən çox elmi istinad olunub və sahə üzrə H-indeksi 19 təşkil edir.

Elmi araşdırmaların əsas istiqamətlərinə süni intellekt, qeyri-səlis məntiq modelləri, qərar qəbuletmə sistemləri, maşın öyrənməsi və böyük verilənlərin analizi daxildir. Bu istiqamətlər müasir rəqəmsal texnologiyaların inkişafında mühüm rol oynayan prioritet tədqiqat sahələri hesab olunur.

Qeyd edək ki, ADNSU alimlərinin son illərdə dərc olunan bəzi tədqiqatları xüsusilə yüksək elmi təsir göstəricilərinə malikdir. Bu araşdırmalar arasında süni intellekt və “IoT” texnologiyalarının səhiyyə sistemində tətbiqi, ürək xəstəliklərinin diaqnostikasında süni neyron şəbəkələrindən istifadə, ağıllı şəhər ekosistemlərində kiber-fiziki sistemlərin idarə olunması və səhiyyə sektorunda böyük verilənlərin analizi kimi mövzular yer alır. Bu işlər beynəlxalq elmi bazalarda yüksək istinad göstəriciləri ilə seçilir.

Kompüter elmləri sahəsində əldə olunan nəticələr universitetdə proqram mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik və məlumat analitikası istiqamətlərində yeni təhsil proqramlarının tətbiqi, müasir laboratoriyaların yaradılması və beynəlxalq elmi əməkdaşlıq layihələrinin genişlənməsi ilə də bağlıdır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Səma sirlərinə açılan pəncərə26.03.2026 - 11:40
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb26.03.2026 - 11:25
Azərbaycan elmi yeni strateji hədəflərə doğru inamla irəliləyir26.03.2026 - 11:10
Temperatur aşağı enəcək, daşqın və sel olacaq - XƏBƏRDARLIQ26.03.2026 - 11:00
Elm Günü: milli inkişafın əsas dayağı kimi 26.03.2026 - 10:55
Oyun oynamaq sadəcə əyləncə deyil - Gizli faydalar açıqlandı26.03.2026 - 10:52
Gözlərdə bulanıqlaşma hansı xəstəliklərdən xəbər verir?26.03.2026 - 10:40
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış edib26.03.2026 - 10:29
Günəşdə güclü partlayış qeydə alınıb26.03.2026 - 10:18
Sabit Rəhmanın anadan olmasından 116 il ötür26.03.2026 - 10:08
Uşaqlarda aqressiya: səbəblər və düzgün yanaşma — psixoloq açıqladı26.03.2026 - 09:55
D vitamininin ziyanı üzə çıxdı26.03.2026 - 09:45
Süni intellektə güvənməməli olduğunuz - 7 məqam26.03.2026 - 09:40
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb26.03.2026 - 09:36
Alimlərdən maraqlı araşdırma26.03.2026 - 09:25
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub26.03.2026 - 09:20
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib26.03.2026 - 09:13
Sağlamlığı yaxşılaşdıran beş qidalanma vərdişi26.03.2026 - 09:09
Universitetlərin regionlara köçürülməsi gündəmdə: yeni təkliflər müzakirə olunur26.03.2026 - 09:00
Elçin Süleymanov: Azərbaycanda qəbul sistemi beynəlxalq modellərə uyğundur26.03.2026 - 08:50
Başgicəllənmə bu xəstəliyin əlamətidir26.03.2026 - 08:43
Oturaq həyat tərzi qəfil ölüm riskini artırır26.03.2026 - 08:35
Məktəbdə insident: şagird müəllimə atəş açıb26.03.2026 - 08:25
İsmayıllıda məktəblinin meyiti tapılıb26.03.2026 - 08:12
Alzheymer xəstəliyinin qarşısını alan meyvənin adı açıqlandı26.03.2026 - 08:00
ABŞ məhkəməsi "Meta" və "YouTube"u cəzalandırıb26.03.2026 - 07:51
Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib26.03.2026 - 07:42
ABŞ universitetlərində süni intellekt səbəbindən şifahi imtahanlar tətbiq edilir26.03.2026 - 07:30
Yaddaşı inkişaf etdirən üsullar məlum olub26.03.2026 - 07:23
Bu günün havası- qar, yağış...26.03.2026 - 07:11
Azərbaycan ədəbiyyatının məhsuldar qələm sahibi – Davud Nəsibov26.03.2026 - 07:00
Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi – Əkbər Qardaşbəyov26.03.2026 - 06:36
Dünya futbol tarixində iz qoyan azərbaycanlı hakim – Tofiq Bəhramov26.03.2026 - 06:18
Azərbaycan tar sənətinin ustad nümayəndəsi – Əhmədağa Bakıxanov26.03.2026 - 06:00
Azərbaycan teatrının görkəmli simalarından biri – Əlisəttar Məlikov26.03.2026 - 05:42
Azərbaycan səhnəsinin istedadlı aktrisası – Əminə Nağıyeva26.03.2026 - 05:18
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi – Sabit Rəhman öz26.03.2026 - 05:06
Azərbaycan səhnə və kino sənətinin parlaq ulduzu – Ələsgər Ələkbərov26.03.2026 - 04:54
Azərbaycan muğam sənətinin tanınmış siması – Yavər Kələntərli26.03.2026 - 04:36
Azərbaycanın görkəmli mezzo-soprano sənətkarı – Fatma Muxtarova26.03.2026 - 04:18
Dünyanın ən uzunömürlü sakinlərindən biri – Şirəli Müslümov haqqında maraqlı faktlar26.03.2026 - 04:00
UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib25.03.2026 - 19:44
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik25.03.2026 - 19:36
Şeirlə və yazı ilə məşğul olmaq uşaqların psixoloji inkişafına necə təsir edir? – Psixoloq açıqladı25.03.2026 - 19:29
"Google"un keçmiş top-meneceri BBC-nin yeni rəhbəri təyin edildi25.03.2026 - 19:20
Beynəlxalq reytinqə daxil olan universitetlərimizin sayı 2 dəfə artıb25.03.2026 - 19:12
Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb25.03.2026 - 19:05