Təhsil 365 - Logo Mobile

Oyun oynamaq sadəcə əyləncə deyil - Gizli faydalar açıqlandı

8426.03.2026 - 10:52
Oyun oynamaq sadəcə əyləncə deyil - Gizli faydalar açıqlandı

“Stolüstü oyunlar beyin sağlamlığını qorumaq, yaşla bağlı dəyişikliklərin sürətini azaltmaq və yaddaş, diqqət, həmçinin düşünmə qabiliyyətini gücləndirmək üçün effektiv vasitə hesab olunur".

“Tehsil365” xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bu barədə Gazeta.ru-ya açıqlamasında danışıb.

"Adətən stolüstü oyunlara sadəcə əyləncə kimi yanaşılır, lakin nevroloji baxımdan bu oyunlar beynin məşqi üçün çox faydalıdır. Oyun zamanı neyronların fəaliyyəti artır, neyroplastiklik güclənir və idrak ehtiyatı formalaşır. Bu ehtiyat nə qədər yüksək olarsa, beyin yaşlanma prosesinə qarşı funksiyalarını bir o qədər uzun müddət qoruyub saxlayır", - deyə mütəxəssis bildirib.

Nevroloq həmçinin qeyd edib ki, bu faydanı əldə etmək üçün müntəzəmlik əsas şərtdir. Onun sözlərinə görə, oyunları təsadüfi deyil, davamlı şəkildə oynamaq daha böyük nəticə verir.

Mütəxəssis vurğulayıb ki, şahmat və dama kimi klassik oyunlar eyni anda bir neçə vacib funksiyanı aktivləşdirir. Bu zaman planlaşdırma və impulsların idarəsinə cavabdeh olan frontal paylar işləyir, yaddaş güclənir və məkan düşüncəsi inkişaf edir. Belə kompleks təsir beynin eyni vaxtda bir neçə işi daha səmərəli yerinə yetirməsinə imkan yaradır və yaşla bağlı problemlərin qarşısını almaqda profilaktik rol oynayır.

"Mahjong" və "Memo" kimi yaddaş və diqqət üzərində qurulan oyunlar isə qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsində mühüm rol oynayan hipokampusu aktivləşdirir. Bu beyin hissəsi neyrodegenerativ xəstəliklərdən ilk təsirlənən strukturlardan biridir. Belə oyunlar həmçinin vizual-məkan qavrayışını, reaksiyanı və diqqəti inkişaf etdirir", - deyə o əlavə edib.

"Scrabble" və ya "Word Maker" kimi söz oyunları da az əhəmiyyətli deyil. Həkimin sözlərinə görə, söz seçimi zamanı beynin nitq və semantik yaddaşa cavabdeh sahələri aktivləşir. Bu isə danışıq səlisliyinin qorunmasına və yaş artdıqca yaranan söz tapmaq çətinliklərinin azalmasına kömək edir. Eyni zamanda, bu oyunlar zehni çevikliyi artırır.

"Buna görə də, stolüstü oyunları müntəzəm oynamaq təkcə maraqlı məşğuliyyət deyil, həm də beyin sağlamlığını qorumaq üçün təsirli üsullardan biridir", - deyə Cikiya fikrini yekunlaşdırıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

“31 Mart soyqırımı tariximizin unudulmayan faciəsidir”31.03.2026 - 08:00
Əsl göz kimi hərəkət edən süni göz hazırlandı31.03.2026 - 07:50
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər31.03.2026 - 07:41
Bu gün hava necə olacaq? - PROQNOZ31.03.2026 - 07:30
Ürəyin işini yaxşılaşdıran 6 qida31.03.2026 - 07:18
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib31.03.2026 - 07:05
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür30.03.2026 - 20:00
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 19:54
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər30.03.2026 - 19:44
Mayda 14 gün iş yoxdur30.03.2026 - 19:36
Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ30.03.2026 - 19:30
Məktəbdə psixoloji mühit və şagird davranışları – Psixoloq Fəridə Musəvi ilə müsahibə30.03.2026 - 19:24
Məktəbdə rəqabət mühiti şagirdlər üçün faydalıdır, yoxsa zərərlidir? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:18
Ağdaşlı gənclər tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirirlər30.03.2026 - 19:18
Məktəblərdə nəzəri biliklə praktiki bacarıqlar arasında balans varmı? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:12
Region gəncləri tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirdi30.03.2026 - 19:12
Fast food-un uşaqların inkişafına uzunmüddətli təsiri nədir? – Qida eksperti açıqladı30.03.2026 - 19:08
Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif30.03.2026 - 19:02
COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir30.03.2026 - 19:00
18 yaşlı qız dəm qazından boğularaq ölüb30.03.2026 - 18:54
Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb30.03.2026 - 18:50
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR30.03.2026 - 18:46
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT30.03.2026 - 18:38
DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI30.03.2026 - 18:32
Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB30.03.2026 - 18:30
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb30.03.2026 - 18:24
Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş30.03.2026 - 18:20
Müəllimlər birbaşa elmi mərkəzlərə cəlb olunurlar30.03.2026 - 18:16
Universitetlər onlayn təhsilə keçdi30.03.2026 - 18:10
Günəşdə güclü partlayış baş verib30.03.2026 - 18:08
Fiziki tərbiyə fənni üzə sertifikasiyayanın NÜMUNƏLƏRİ 30.03.2026 - 18:02
Telefonlar sinifdən çıxarıldı – məktəblərdə inqilabi dəyişiklik30.03.2026 - 18:00
Muzeydən 3 dəqiqədə 9 milyonluq əsərlər oğurladılar 30.03.2026 - 17:55
Klassika ilə milli ruhun vəhdəti: Mingəçevirdə sənət və duyğuları birləşdirən musiqi gecəsi30.03.2026 - 17:52
Yuxusuzluq, başgicəllənmə və stressin səbəbi budur30.03.2026 - 17:50
Uşaqların sağlamlığı üçün yeni tövsiyələr30.03.2026 - 17:50
Yüksək təzyiq xəstələrinin 27%-ində gizli problem aşkarlandı30.03.2026 - 17:45
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Açıq qapı” günü30.03.2026 - 17:44
Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı30.03.2026 - 17:40
Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib30.03.2026 - 17:36
Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı!30.03.2026 - 17:35
Texnologiya sektorunda diqqətçəkən dəyişiklik: xAI komandasını tam yeniləyir30.03.2026 - 17:30
Ankarada beynəlxalq sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunub30.03.2026 - 17:26
Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq30.03.2026 - 17:25
Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib30.03.2026 - 17:20
Almaniyada yaşayan azərbaycanlı musiqiçi Ankarada konsert proqramı ilə çıxış edib30.03.2026 - 17:18
Hun dövrünə aid əşyalar tapıldı30.03.2026 - 17:15
Azərbaycan Milli Kitabxanası Türk Dünyası Nəşriyyat Konqresində təmsil olunur30.03.2026 - 17:12