Təhsil 365 - Logo Mobile

Azərbaycan elmi yeni strateji hədəflərə doğru inamla irəliləyir

10626.03.2026 - 11:10
Azərbaycan elmi yeni strateji hədəflərə doğru inamla irəliləyir

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev ölkədə elmin rolunun daha da gücləndirilməsi məqsədilə Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəd dövlətimizin başçısının elmə göstərdiyi diqqət və qayğının, alimlərin əməyinə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətin inkişafında elmin, innovasiyanın və elmi düşüncənin xüsusi əhəmiyyət daşıdığını bir daha sübut edir. Təsadüfi deyil ki, Elm Günü məhz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu tarixə təsadüf edir. Bu əlamətdar gün gənc nəslin elmə marağının artırılması, elmi nəticələrin cəmiyyətə təqdim olunması, təşviq edilməsi və Azərbaycanın elmi potensialının daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bu fikirləri “Tehsil365” ə müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova deyib. O bildirib ki, AMEA fəaliyyət göstərdiyi 80 il ərzində ölkənin elmi potensialının formalaşmasında, fundamental və tətbiqi tədqiqatların aparılmasında, həmçinin milli elmi kadrların yetişdirilməsində mühüm rol oynayıb: “Bu gün Akademiyada müasir çağırışlara adekvat tədqiqatlar aparılır, gənc alimlərin yetişdirilməsi və ölkənin elmi potensialının artırılması istiqamətində real addımlar atılır. Bununla yanaşı, Azərbaycan elminin dünya elminə inteqrasiyası, cəmiyyətdə alim və ziyalıların nüfuzunun artırılması, ölkəmizin tarixi, dili və mədəni irsinin qorunması, təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Beynəlxalq elmi əlaqələr çərçivəsində AMEA tərəfindən 2025-ci ildə 30-a yaxın əməkdaşlıq sənədi imzalanıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Baş Assambleyasının iclasında iştirak edilib. Həmçinin Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi tərəfindən Azərbaycan dilinin süni intellekt tərəfindən işlənilməsinin dəqiqliyinin artırılmasına xidmət edən “qızıl standart”ın yaradılması üçün model işlənilib.

Ötən il noyabrın 3-də AMEA-nın yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə keçirilən yubiley yığıncağında Prezident İlham Əliyev ölkədə elmin inkişafı, müasir çağırışlar və qarşıda duran strateji vəzifələr barədə mülahizələrini bölüşdü. Prezidentin yubiley tədbirində səsləndirdiyi fikirlər, alim və mütəxəssislərin qarşısında müəyyənləşdirdiyi hədəf və vəzifələr Azərbaycan elminin inkişafında yeni mərhələnin əsasını qoydu”.

Nərgiz Qəhrəmanova qeyd edib ki, yubiley yığıncağında ölkə rəhbərinin Azərbaycan tarixinin öyrənilməsi və təbliği, ana dilimizin qorunması və inkişafı məsələlərinə dair səsləndirdiyi fikirlər və irəli sürdüyü yeni çağırışlar AMEA-nın alim və mütəxəssisləri, eləcə də bütövlükdə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub: “Prezidentin xüsusilə kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal dövlət quruculuğunun genişləndirilməsi ilə bağlı gündəmə gətirdiyi məsələlər elmin prioritet istiqamətlərini aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısının bir sıra fərman və sərəncamları ölkə elmində prioritet istiqamətləri müəyyənləşdirib. Xüsusilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul olunması, habelə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müzakirəsi ölkəmizdə elmin yeni mərhələdə inkişafı istiqamətində atılan real addmlardır.

Prezidentin Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu Şuraya Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edir. Bütün bu tədbirlər Azərbaycan elminin gələcəyi ilə bağlı geniş perspektivlər və mühüm nailiyyətlər vəd edir, rəqəmsallaşma və süni intellekt sahələrində atılan addımlar ölkənin elmi potensialının daha da güclənməsinə şərait yaradır”.

Zəhra Əliyeva

Xəbər Lenti

Sağlamlığın açarı: Heyvanın faydaları31.03.2026 - 08:35
Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi31.03.2026 - 08:27
Novruz və Ramazan tətili başa çatdı, bu gün ilk iş günüdür31.03.2026 - 08:18
Alimlər: nəhəng meteoritlər çoxalır31.03.2026 - 08:09
“31 Mart soyqırımı tariximizin unudulmayan faciəsidir”31.03.2026 - 08:00
Əsl göz kimi hərəkət edən süni göz hazırlandı31.03.2026 - 07:50
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər31.03.2026 - 07:41
Bu gün hava necə olacaq? - PROQNOZ31.03.2026 - 07:30
Ürəyin işini yaxşılaşdıran 6 qida31.03.2026 - 07:18
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib31.03.2026 - 07:05
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür30.03.2026 - 20:00
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 19:54
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər30.03.2026 - 19:44
Mayda 14 gün iş yoxdur30.03.2026 - 19:36
Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ30.03.2026 - 19:30
Məktəbdə psixoloji mühit və şagird davranışları – Psixoloq Fəridə Musəvi ilə müsahibə30.03.2026 - 19:24
Məktəbdə rəqabət mühiti şagirdlər üçün faydalıdır, yoxsa zərərlidir? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:18
Ağdaşlı gənclər tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirirlər30.03.2026 - 19:18
Region gəncləri tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirdi30.03.2026 - 19:12
Məktəblərdə nəzəri biliklə praktiki bacarıqlar arasında balans varmı? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:12
Fast food-un uşaqların inkişafına uzunmüddətli təsiri nədir? – Qida eksperti açıqladı30.03.2026 - 19:08
Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif30.03.2026 - 19:02
COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir30.03.2026 - 19:00
18 yaşlı qız dəm qazından boğularaq ölüb30.03.2026 - 18:54
Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb30.03.2026 - 18:50
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR30.03.2026 - 18:46
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT30.03.2026 - 18:38
DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI30.03.2026 - 18:32
Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB30.03.2026 - 18:30
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb30.03.2026 - 18:24
Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş30.03.2026 - 18:20
Müəllimlər birbaşa elmi mərkəzlərə cəlb olunurlar30.03.2026 - 18:16
Universitetlər onlayn təhsilə keçdi30.03.2026 - 18:10
Günəşdə güclü partlayış baş verib30.03.2026 - 18:08
Fiziki tərbiyə fənni üzə sertifikasiyayanın NÜMUNƏLƏRİ 30.03.2026 - 18:02
Telefonlar sinifdən çıxarıldı – məktəblərdə inqilabi dəyişiklik30.03.2026 - 18:00
Muzeydən 3 dəqiqədə 9 milyonluq əsərlər oğurladılar 30.03.2026 - 17:55
Klassika ilə milli ruhun vəhdəti: Mingəçevirdə sənət və duyğuları birləşdirən musiqi gecəsi30.03.2026 - 17:52
Yuxusuzluq, başgicəllənmə və stressin səbəbi budur30.03.2026 - 17:50
Uşaqların sağlamlığı üçün yeni tövsiyələr30.03.2026 - 17:50
Yüksək təzyiq xəstələrinin 27%-ində gizli problem aşkarlandı30.03.2026 - 17:45
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Açıq qapı” günü30.03.2026 - 17:44
Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı30.03.2026 - 17:40
Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib30.03.2026 - 17:36
Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı!30.03.2026 - 17:35
Texnologiya sektorunda diqqətçəkən dəyişiklik: xAI komandasını tam yeniləyir30.03.2026 - 17:30
Ankarada beynəlxalq sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunub30.03.2026 - 17:26
Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq30.03.2026 - 17:25