Təhsil 365 - Logo Mobile

"Hal-hazırkı tədris proqramı şagirdləri inkişaf etdirmir, yükləyir" - Təhsil eksperti Ramin Nurəliyev

11226.03.2026 - 11:57
"Hal-hazırkı tədris proqramı şagirdləri inkişaf etdirmir, yükləyir" - Təhsil eksperti Ramin Nurəliyev

Ümumiyyətlə, tədris proqramı əslində orta ümumtəhsil məktəblərində tamamilə dəyişilməlidir. Çünki hal-hazırkı tədris proqramı demək olar ki, müasir dövrün tələblərinə uyğun deyil və şagirdlərin nə ali təhsil müəssisələrinə qəbul olunması istiqamətində, nə də müasir dünyayla ayaqlaşması baxımından kifayət qədər fayda vermir.

Bu sözləri “Tehsil365” ə açıqlamasında , təhsil eksperti Ramin Nurəliyev bildirib.

“Mən hesab edirəm ki, ibtidai sinifdə olan tədris proqramı, orta tədris proqramı ümumi olaraq yüngülləşdirilməlidir. Məsələn, biz Finlandiya modelinə diqqət yetirsək, Finlandiya-da elə bir tədris proqramı həyata keçirilir ki, şagirdlərə demək olar ki, ev tapşırığı verilmir. Verilən tapşırıqlar isə gündəlik həyatla bağlıdır: yolda piyadə keçidindən keçərkən nəyə diqqət olunmalıdır, ailədə hansı hadisə baş verərkən reaksiya nə olmalıdır, valideynə hörmət, müəllimə sevgi necə göstərilməlidir. Bu şəkildə şagird öz intellektual səviyyəsini inkişaf etdirir və bütün əsas tapşırıqlar sinifdə həll olunur.”

“Əslində, kurikulum sistemində də belə olmalıdır. Təhsillə bağlı bütün məsələlər məktəbdə həll olunmalı, şagirdə daha yüngül tapşırıqlar verilməlidir. Lakin hal-hazırkı vəziyyətdə qəbul imtahanlarının çətinləşdirilməsi səbəbindən həm valideyn, həm müəllim şagirdə əlavə yük verir. Şagirdlər repetitor yanına gedir, hazırlıq kurslarına yazılır, əlavə vəsaitlər, test bankları istifadə olunur. Bu da istər-istəməz şagirdin yüklənməsinə səbəb olur. Hətta bu gün 7-ci sinif şagirdinin çantasını qaldırmaq belə çətinləşir.”

“Yuxarı siniflərdə vəziyyət daha da ağırdır. 10 və 11-ci sinif şagirdləri əsasən universitetə hazırlaşır, lakin məktəb proqramı qəbul imtahanlarına uyğun deyil. Məsələn, Azərbaycan dili fənnindən 11-ci sinifdə proqramın cəmi 5 faizi keçirilir. Riyaziyyatda isə bu göstərici 10-15 faiz təşkil edir. Qalan mövzular aşağı siniflərdə öyrədilir və şagirdlər 5-6 il əvvəl keçdikləri materialı yadda saxlaya bilmədikləri üçün yenidən əlavə dəstəyə ehtiyac duyurlar.”

“Bu səbəbdən valideyn də, müəllim də uşağın təməlini möhkəmləndirmək üçün onu əlavə hazırlığa yönləndirir. Çünki hamı bilir ki, yuxarı siniflərdə imtahanlar çətin olacaq. Nəticədə isə şagirdlər üzərində böyük bir yük yaranır.”

Ekspert bildirib ki, “bütün bunlara görə, ən böyük qlobal problemlərdən biri kimi yuxarı siniflərdə tədris proqramının dəyişdirilməsi mütləq vacibdir. Eyni zamanda qəbul imtahanlarının asanlaşdırılması da zəruridir. Yalnız bu halda şagirdlər həm daha effektiv öyrənə, həm də müasir dövrün tələblərinə uyğun inkişaf edə bilərlər.”

Zəhra Əliyeva

Xəbər Lenti

Sağlamlığın açarı: Heyvanın faydaları31.03.2026 - 08:35
Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi31.03.2026 - 08:27
Novruz və Ramazan tətili başa çatdı, bu gün ilk iş günüdür31.03.2026 - 08:18
Alimlər: nəhəng meteoritlər çoxalır31.03.2026 - 08:09
“31 Mart soyqırımı tariximizin unudulmayan faciəsidir”31.03.2026 - 08:00
Əsl göz kimi hərəkət edən süni göz hazırlandı31.03.2026 - 07:50
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər31.03.2026 - 07:41
Bu gün hava necə olacaq? - PROQNOZ31.03.2026 - 07:30
Ürəyin işini yaxşılaşdıran 6 qida31.03.2026 - 07:18
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib31.03.2026 - 07:05
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür30.03.2026 - 20:00
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 19:54
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər30.03.2026 - 19:44
Mayda 14 gün iş yoxdur30.03.2026 - 19:36
Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ30.03.2026 - 19:30
Məktəbdə psixoloji mühit və şagird davranışları – Psixoloq Fəridə Musəvi ilə müsahibə30.03.2026 - 19:24
Məktəbdə rəqabət mühiti şagirdlər üçün faydalıdır, yoxsa zərərlidir? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:18
Ağdaşlı gənclər tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirirlər30.03.2026 - 19:18
Region gəncləri tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirdi30.03.2026 - 19:12
Məktəblərdə nəzəri biliklə praktiki bacarıqlar arasında balans varmı? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:12
Fast food-un uşaqların inkişafına uzunmüddətli təsiri nədir? – Qida eksperti açıqladı30.03.2026 - 19:08
Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif30.03.2026 - 19:02
COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir30.03.2026 - 19:00
18 yaşlı qız dəm qazından boğularaq ölüb30.03.2026 - 18:54
Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb30.03.2026 - 18:50
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR30.03.2026 - 18:46
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT30.03.2026 - 18:38
DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI30.03.2026 - 18:32
Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB30.03.2026 - 18:30
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb30.03.2026 - 18:24
Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş30.03.2026 - 18:20
Müəllimlər birbaşa elmi mərkəzlərə cəlb olunurlar30.03.2026 - 18:16
Universitetlər onlayn təhsilə keçdi30.03.2026 - 18:10
Günəşdə güclü partlayış baş verib30.03.2026 - 18:08
Fiziki tərbiyə fənni üzə sertifikasiyayanın NÜMUNƏLƏRİ 30.03.2026 - 18:02
Telefonlar sinifdən çıxarıldı – məktəblərdə inqilabi dəyişiklik30.03.2026 - 18:00
Muzeydən 3 dəqiqədə 9 milyonluq əsərlər oğurladılar 30.03.2026 - 17:55
Klassika ilə milli ruhun vəhdəti: Mingəçevirdə sənət və duyğuları birləşdirən musiqi gecəsi30.03.2026 - 17:52
Yuxusuzluq, başgicəllənmə və stressin səbəbi budur30.03.2026 - 17:50
Uşaqların sağlamlığı üçün yeni tövsiyələr30.03.2026 - 17:50
Yüksək təzyiq xəstələrinin 27%-ində gizli problem aşkarlandı30.03.2026 - 17:45
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Açıq qapı” günü30.03.2026 - 17:44
Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı30.03.2026 - 17:40
Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib30.03.2026 - 17:36
Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı!30.03.2026 - 17:35
Texnologiya sektorunda diqqətçəkən dəyişiklik: xAI komandasını tam yeniləyir30.03.2026 - 17:30
Ankarada beynəlxalq sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunub30.03.2026 - 17:26
Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq30.03.2026 - 17:25