Universitetə qəbul olanda ilk hissim əlbəttə ki, sevinc idi, çünki balacalığımdan bəri UNEC istəyirdim və nəhayət qəbul olmuşam.
Bu sözləri “Tehsil365” ə müsahibəsində , Aytac Tahirova bildirib.
1.Universitetə qəbul olunanda ilk hisslərin nə oldu?
Universitetə qəbul olanda ilk hissim əlbəttə ki, sevinc idi, çünki balacalığımdan bəri UNEC istəyirdim və nəhayət qəbul olmuşam.
2.Hansı ixtisası seçmisən və niyə məhz bu sahəni seçdin?
İxtisasım mühasibatdır, lakin mühasibat olaraq fəaliyyət göstərəcəyimi düşünmürəm. Daha çox başqa sahələrə yönəlirəm, balım burada yetdiyi üçün bunu seçdim.
3.Universitet həyatı gözlədiyin kimidir, yoxsa fərqlidir?
Universitet həyatı gözlədiyim kimi deyil, məncə biraz fərqlidir, çünki daha əyləncəli gözləyirdim. Amma bu yəqin ki, mənimlə bağlıdır, çox dostluqlar qura bilmədim, yəqin ona görə.
4.Dərslər sənə çətin gəlir, yoxsa uyğunlaşa bilmisən?
Dərslər birinci əlbəttə ki, çətin gəlirdi, amma yavaş-yavaş uyğunlaşıram, indi müəyyən qədər asan gəlir.
5.Özünü inkişaf etdirmək üçün əlavə nə edirsən?
Özümü inkişaf etdirmək üçün kursa gedirəm, əlavə proqramlar öyrənirəm, kompüter öyrənirəm, kitab oxuyuram və daim özümə yeni biliklər qazandırmağa çalışıram.

