Bakı İllüziya Muzeyi - paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir. Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub.
“Tehsil365" xəbər verir ki, 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarət muzeydə ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli illüziya zonaları yaradılıb. Burada Ames otağı, Sonsuzluq otağı, Güzgü labirinti, Vortex tuneli, 3D illüziya otaqları, Perspektiv otaqları və digər vizual effektlərlə zəngin məkanlar yer alır. Hər otaq insan beynini “aldadan” xüsusi effektlərlə hazırlanıb və ziyarətçilərə həm əyləncə, həm də öyrədici təcrübə təqdim edir.
Bakı İllüziya Muzeyi ziyarətçilər üçün unikal bir məkan olmaqla, fərqli foto və videoçəkiliş imkanları ilə də seçilir. Buraya gələn hər kəs həm əylənir, həm də yaddaqalan vizual təcrübə yaşayır.

