Təhsil 365 - Logo Mobile

BMU ilk dəfə QS 2026-da yer alıb

9326.03.2026 - 15:12
BMU ilk dəfə QS 2026-da yer alıb

Bakı Mühəndislik Universiteti (BMU) beynəlxalq ali təhsil reytinqləri sahəsində ən nüfuzlu qurumlardan olan “Quacquarelli Symonds” tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026”da ilk dəfə təmsil olunub.
 
“Tehsil365“
xəbər verir ki, BMU böyük uğura imza ataraq 2 ixtisas kateqoriyası üzrə reytinq siyahısında yer alıb. “Neft-qaz mühəndisliyi” (Petroleum Engineering) sahəsində yüksək nəticə (151-175 aralığı) göstərən BMU, eyni zamanda “İqtisadiyyat və ekonometrika” (Economics & Econometrics) üzrə fənn reytinqində (551-700 aralığı) uğurlu mövqe əldə edib. Qeyd edək ki, “Neft-qaz mühəndisliyi” sahəsi üzrə BMU ölkə universitetləri arasında 3-cü yerdə dayanır.
 
BMU-nun QS-in sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində təmsil olunması ali təhsil ocağının beynəlxalq rəqabət qabiliyyətinin artdığını və seçilmiş ixtisas sahələri üzrə keyfiyyətli təhsil və tədqiqat mühiti formalaşdırdığını bir daha sübut edir. Bu mühüm nailiyyət universitetin Strateji İnkişaf Planında yer alan əsas hədəflərlə bağlı həyata keçirdiyi işlərin daha bir uğurlu nəticəsidir.
 
“QS Subject Rankings” reytinqi hazırlanarkən bir sıra əsas göstəricilər kompleks şəkildə nəzərə alınır. Bunlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir elmi nəşrə görə sitatların sayı, H indeksi, eləcə də beynəlxalq elmi əməkdaşlıq indeksi kimi mühüm meyarlar daxildir. BMU son illərdə qeyd olunan istiqamətlərdə ardıcıl və məqsədyönlü addımlar atıb. Xüsusilə beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici universitetlərlə ikili diplom proqramlarının həyata keçirilməsi, qlobal elmi şəbəkələrə inteqrasiya, sənaye tərəfdaşlıqlarının inkişafı, əmək bazarı ilə sıx əlaqələrin qurulması və məzunların məşğulluq göstəricilərinin artması, habelə müasir tədris metodlarının tətbiqi yönündə sistemli fəaliyyət ortaya qoyulub. Bununla yanaşı, BMU-da müvafiq ixtisaslar üzrə beynəlxalq akkreditasiyanın gerçəkləşdirilməsi, elmi fəaliyyətin stimullaşdırılması, Scopus bazasında indekslənən jurnallarda nəşrlərin və sitatların sayının artması, eləcə də müasir tədqiqat infrastrukturunun qurulması QS reytinq göstəriciləri üzrə irəliləyişə şərait yaradıb. Vurğulamaq vacibdir ki, BMU “QS Quacquarelli Symonds” reytinqində dünya üzrə ilk 1000-likdə, Avropa üzrə isə ilk 400-lükdə yer alıb. Eyni zamanda, QS Qərbi Asiya Universitetləri Reytinqində region üzrə 23-cü mövqedə qərarlaşıb.
 
Sadalanan bu göstəricilər və BMU-nun ilk dəfə “QS World University Rankings by Subject 2026”da qərarlaşması universitetdə həyata keçirilən davamlı islahatların real nəticələr verdiyini təsdiqləyir.
Qeyd edək ki, “QS World University Rankings by Subject 2026” dünyanın qabaqcıl ali təhsil müəssisələrini müxtəlif ixtisas sahələri üzrə sıralayan nüfuzlu reytinq siyahısıdır. Universitetlərin elmi və akademik fəaliyyətinin beynəlxalq səviyyədə müqayisəsinə imkan yaradan reytinqdə dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsi və 21000-dən çox təhsil proqramı qiymətləndirlir. 5 geniş sahəni və 55 fənni əhatə edən reytinqdə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub.

Mehriban İbadova

Xəbər Lenti

Gecikdirilən təqaüdlər tələbələrə faizlə QAYTARILACAQ?26.03.2026 - 19:55
Abituriyentlərə çağırış!26.03.2026 - 19:45
3 gün sonra məktəblərdə dərslər başlayır26.03.2026 - 19:40
Stasionar telefonlara maraq artır26.03.2026 - 19:32
Uşaqlarda düzgün qidalanma vərdişləri necə formalaşdırılmalıdır? – Mütəxəssis açıqladı26.03.2026 - 19:25
Gənclərin siyasətə marağını artırmaq üçün nə etmək lazımdır? – Deputat açıqladı26.03.2026 - 19:18
Müasir qidalanma vərdişləri və risklər – Qida mütəxəssisi ilə müsahibə26.03.2026 - 19:12
Uşaqların erkən yaşda texnologiya ilə tanış olması nə dərəcədə doğrudur? – İT mütəxəssisi açıqladı26.03.2026 - 19:05
Azərbaycan UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimat mərasimində təmsil olunub26.03.2026 - 18:56
Rusiyada şagird dərsdə bir məktəblini və müəllimləri yaralayıb26.03.2026 - 18:50
Xəstəlik və yırtıcılar tərəfindən məhv edilməsə, əbədi yaşayacaq canlı26.03.2026 - 18:49
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ26.03.2026 - 18:41
Dünya səyyahları Xankəndiyə gediblər26.03.2026 - 18:40
16 məşhur turizm məkanında təhlükəli xəstəlik aktiv şəkildə yayılır26.03.2026 - 18:35
Hər gün çayı üzür, dərsə gecikmir - 30 ilin hekayəsi26.03.2026 - 18:32
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır26.03.2026 - 18:30
Beynəlxalq səyyahlar Şuşaya gəliblər26.03.2026 - 18:25
Azərbaycanda yaşayan yəhudilər: neçə nəfər ali təhsillidir?26.03.2026 - 18:24
Bakının ən rahat iş tapılan rayonları (SİYAHI)26.03.2026 - 18:20
Soyuq havalar geri QAYIDIR26.03.2026 - 18:16
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər26.03.2026 - 18:08
Məktəbdə kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib26.03.2026 - 18:02
Altsheymer xəstəliyinin qarşısını alan və xolesterin səviyyəsini azaldan meyvənin adı açıqlanıb26.03.2026 - 17:55
Dünya səyyahları Xankəndidə26.03.2026 - 17:52
Ölkədə kəskin hava şəraiti nə vaxtadək davam edəcək?26.03.2026 - 17:50
“Urban Hackathon 2026”da gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim edib26.03.2026 - 17:44
Sofiyada Novruz bayramı qeyd olunub26.03.2026 - 17:36
Dini inqilab: qadın kilsə rəhbəri təyin edildi26.03.2026 - 17:35
Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib26.03.2026 - 17:35
Gördüyünüz hər şey həqiqətdirmi? – Bakı İllüziya Muzeyi 26.03.2026 - 17:29
"Apple" Britaniyada istifadəçilərin yaşının yoxlanılmasına başlayıb26.03.2026 - 17:25
Elçin Əfəndi: “Fənn sayını azaltmaqla və dərs yükünü yüngülləşdirməklə repetitorluğun qarşısını almaq olar”26.03.2026 - 17:25
Sabit Rəhmanın anadan olmasından 116 il ötür26.03.2026 - 17:21
Muşketyor d'Artanyanın qalıqlarının tapıldığı güman edilir26.03.2026 - 17:15
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar26.03.2026 - 17:12
Yaddaşı inkişaf etdirən üsullar məlum olub26.03.2026 - 17:05
WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrini şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir26.03.2026 - 17:04
ABŞ universitetlərində süni intellekt səbəbindən şifahi imtahanlar tətbiq edilir26.03.2026 - 17:00
Musiqi dinləməyin 4 faydası26.03.2026 - 17:00
Günəşdə güclü partlayış qeydə alınıb26.03.2026 - 16:55
Okeanın 2 km dərinliyində 145 milyon illik vulkan tapıldı26.03.2026 - 16:50
"X" sosial şəbəkəsində qlobal fasilə yaranıb26.03.2026 - 16:45
Abituriyentlərə çağırış!26.03.2026 - 16:40
"Harri Potter"in yeni serialının ilk görüntüləri yayılıb və aktyor heyəti məlum olub26.03.2026 - 16:35
Telefonla 30 dəqiqədən çox danışmaq bu xəstəliyə səbəb olur26.03.2026 - 16:30
Şair Ramaldanov: “Hərbi hazırlıq dərsləri gənclərin vətənpərvərlik ruhunu gücləndirir”26.03.2026 - 16:27
Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür26.03.2026 - 16:25
Qastroenteroloqlar bağırsaq üçün ən faydalı meyvələri açıqladı26.03.2026 - 16:20