Azərbaycanın 7 universiteti 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə 22 təhsil proqramı ilə daxil olub.
“Tehsil365" xəbər verir ki, ötən il reytinqdə 5 təhsil proqramı ilə təmsil olunduğumuzu nəzərə alaraq, cari ildə Azərbaycan universitetlərinin mövqeyinin sayı 4 dəfə artıb.
Qeyd edək ki, universitetlərimiz “Neft və qaz sahəsində mühəndislik elmləri”, “Müasir dillər”, “İqtisadiyyat və ekonometrika”, “İncəsənət və dizayn” kimi sahələrdə yüksək nəticə göstərib.

