Azərbaycan 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
"Tehsil365" xəbər verir ki, əlavə olaraq, cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Qeyd edək ki, sözügedən reytinqdə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahədə yer alıb, 1 universitetimiz isə top 100-lüyə daxil olub.

