Təhsil 365 - Logo Mobile

Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür

9926.03.2026 - 16:25
Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür

Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.

“Tehsil365“ xatırladır ki, Ə.Ələkbərov 1910-cu il mart ayının 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə üç qardaş və dörd bacı olublar. Səkkiz yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə yazılıb.

1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada "Hacı Baxşəli" ("Ölülər"), "ikinci bələdiyyə" ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutub. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulub.

Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - "Vaqif" və "Otello" onun yaradıcılığının zirvəsi hesab olunur.

Aktyor ilk dəfə 18 yaşında "Vulkan üzərində ev" filmində "Həsən" rolunu oynayıb. Daha sonra "Lətif", "Almaz", "Kəndlilər" filmlərində çəkilib. O, "Fətəli xan" filmində baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

"Ögey ana" filmindəki "Hüseyn dayı - kəndin ağsaqqalı" obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, "Qara daşlar" filmindəki "İsmayılzadə" rolu daha ciddi xarakterə malik insandır.

Ələsgər Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə "SSRİ Xalq artisti" adına layiq görülüb.

1962-ci ildə çəkilən "Böyük dayaq" filmində yaratdığı "Rüstəm kişi" obrazı da Ələsgər Ələkbərovun yaradıcılığında ən parlaq nümunələrindən biridir.

"Böyük dayaq" filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, "Lal Hüseynin Rüstəm kişi ilə davası" çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyib və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.

O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi ekranlarda görmək qismət olmayıb.

Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Mehriban İbadova

Xəbər Lenti

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb11.05.2026 - 12:50
Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri11.05.2026 - 12:30
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb11.05.2026 - 12:10
"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb11.05.2026 - 11:55
Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür11.05.2026 - 11:40
WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq11.05.2026 - 11:25
Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir11.05.2026 - 11:00
"Ev tapşırıqları şagirdin məsuliyyət hissini formalaşdırır"- AÇIQLAMA11.05.2026 - 09:56
Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb11.05.2026 - 09:43
ADU-da "4-cü Beynəlxalq Türk Dili və Ədəbiyyatı Tədrisi Simpoziumu" keçiriləcək11.05.2026 - 09:30
Kainatda həyat təsadüf deyil? - Fiziklərdən yeni araşdırma11.05.2026 - 09:18
Dünyanın aparıcı universitetlərinə kiberhücum edilib11.05.2026 - 09:03
“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram11.05.2026 - 08:50
OYU-da Dizayn ixtisası üzrə istehsalat təcrübəsinin yekun qiymətləndirilməsi keçirilib11.05.2026 - 08:37
Bu günə olan hava proqnozu 11.05.2026 - 08:26
BDU-da maarifləndirici tədbir: “Səhvlərindən öyrən”11.05.2026 - 08:15
Ürək sağlamlığı üçün qidalar açıqlanıb 11.05.2026 - 08:03
BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib11.05.2026 - 07:51
BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar11.05.2026 - 07:40
BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib11.05.2026 - 07:32
ADU-da poetik üslub və tərcümədə ekvivalentlik problemlərinə həsr olunmuş seminar keçirilib11.05.2026 - 07:20
ADU tələbələri məktəbdə maarifləndirici vətənpərvərlik tədbiri keçiriblər11.05.2026 - 07:09
Xüsusi məktəblərin işçi heyəti rəsmi proqnozlarda nəzərə alınmır11.05.2026 - 07:00
Qax rayonunda An-2 təyyarə qəzası Azərbaycan aviasiya tarixində faciəli hadisələrdən biri kimi xatırlanır11.05.2026 - 06:18
Şamil Süleymanlı sənət fəaliyyəti ilə tamaşaçıların rəğbətini qazanıb11.05.2026 - 06:00
Rövşən Hüseynov qəhrəmanlığı ilə xalqın yaddaşında yaşayır11.05.2026 - 05:42
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid mayor Abbas Qasımova həsr olunacaq- FOTO+VİDEO11.05.2026 - 05:39
Yusif Abdullayev ictimai-siyasi fəaliyyəti ilə yadda qalıb11.05.2026 - 05:18
Gülnar Məmmədova Azərbaycan şahmatında mühüm uğurlara imza atıb11.05.2026 - 05:06
Natiq Məmmədov Vətən uğrunda canından keçən qəhrəmanlardan biri kimi anılır11.05.2026 - 04:54
Vera Lantratova voleybol tarixində uğurları ilə yadda qalıb11.05.2026 - 04:36
Maqsud İbrahimbəyov Azərbaycan ədəbiyyatı və kinosunda dərin iz qoyub11.05.2026 - 04:18
Fuad Əbdürrəhmanov haqqında xəbər11.05.2026 - 04:00
WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası10.05.2026 - 19:54
Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”10.05.2026 - 19:46
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib10.05.2026 - 19:38
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür10.05.2026 - 19:26
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib10.05.2026 - 19:16
Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb10.05.2026 - 19:08
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub10.05.2026 - 18:56
Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib10.05.2026 - 18:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:36
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Abşeron rayonunda qeyd edilib10.05.2026 - 18:28
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib10.05.2026 - 18:16
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib10.05.2026 - 18:08
Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb10.05.2026 - 17:56
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb10.05.2026 - 17:55
Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib10.05.2026 - 17:48