Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhramov bildirib ki, əzbərçilik təkcə tarix elmi üçün deyil, ümumilikdə bütün elmlərin öyrənilməsində qəbuledilməz bir vasitədir.
Onun “Tehsil365”ə sözlərinə görə, hər hansı bir tarixi dövrü, problemi və ya hadisəni öyrənib yadda saxlamaq üçün onu diqqətlə oxumaq, mahiyyətini anlamaq və daha sonra düzgün şəkildə izah etmək vacibdir.
C.Bəhramov vurğulayıb ki, tarix elmi yalanı, uydurmanı və saxtakarlığı qəbul etmir. O qeyd edib ki, tarix gec və ya tez bütün yanlışları üzə çıxarır. Buna misal olaraq, 70 il ərzində sovet tarixşünaslığı tərəfindən formalaşdırılmış 26 Bakı komissarları ilə bağlı yanaşmanı göstərmək olar.

