Təhsil 365 - Logo Mobile

Şair Ramaldanov: “Hərbi hazırlıq dərsləri gənclərin vətənpərvərlik ruhunu gücləndirir”

10526.03.2026 - 16:27
Şair Ramaldanov: “Hərbi hazırlıq dərsləri gənclərin vətənpərvərlik ruhunu gücləndirir”

Onun sözlərinə görə, bu fənn Vətən müharibəsindən əvvəl də diqqət mərkəzində idi, lakin müharibədən sonra daha da zənginləşdi. “Artıq döyüş təcrübəsi olan müəllimlərin məktəblərdə dərs deməsi şagirdlərin marağını artırdı və onların hərbi hazırlığa yanaşmasını dəyişdi,” – deyə Ramaldanov vurğulayıb

Hərbi ekspert Şair Ramaldanov “Tehsil365”ə açıqlamasında bildirib ki, Azərbaycanda məktəblərdə hərbi hazırlıq dərsləri uzun illərdir müəyyən proqram əsasında təşkil olunur. .

Ekspert qeyd edib ki, vətənpərvərlik ruhunun formalaşmasında məktəbin xüsusi rolu var. “Məktəbdə keçirilən tədbirlərlə yanaşı, hərbi hazırlıq dərsləri də bu ruhun güclənməsinə bilavasitə təsir göstərir. Çünki vətənpərvərlik ruhu yüksək olmayan şagird hərbi hazırlıqda da yaxşı nəticə əldə edə bilməz,” – deyə o əlavə edib.

Ramaldanov bildirib ki, müasir müharibələrin gedişatı göstərir: yalnız klassik silahlarla tanışlıq kifayət etmir. “Bu gün orduda rəqəmsal avadanlıqlar, pilotsuz uçuş aparatları geniş istifadə olunur. Ona görə də məktəblərdə bu texnologiyaların öyrədilməsi, sadə dronların yığılması, dərnəklərin təşkili gənclərin marağını artırar və onların gələcəkdə hərbi xidmətə daha hazırlıqlı gəlməsinə kömək edər,” – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hərbi hazırlıq dərslərinin keyfiyyəti birbaşa tədris bazasından asılıdır. “Proqram nə qədər güclü olsa da, tədris zəifdirsə, yaxşı nəticə əldə etmək çətin olacaq. Təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunmalı, biliklərin mənimsənilməsi əsas prioritet olmalıdır,” – deyə Ramaldanov qeyd edib.

Ekspert əlavə edib ki, paytaxt məktəblərində hərbi hazırlıq dərslərinin keyfiyyəti daha yüksəkdir, lakin rayonlarda bu sahədə çatışmazlıqlar müşahidə olunur. “Müdafiə sənayesinin inkişafı ilə bağlı biliklərin məktəblərdə tədris olunması istisna deyil. Əgər şagirdlər müdafiə sahəsində praktiki təlimlərdə iştirak etsələr, həm maraqları artar, həm də ölkənin müdafiə potensialı ilə yaxından tanış olarlar,” – deyə Ramaldanov bildirib.

Onun fikrincə, hərbi hazırlıq dərslərinin maraqlı və keyfiyyətli təşkili gənclərin gələcəkdə hərbi xidmətə daha bilikli və hazırlıqlı başlaması üçün vacibdir. “Bu fənn özəllik tələb edir və gənclərin psixoloji, intellektual və praktiki hazırlığının formalaşmasında mühüm rol oynayır,” – deyə hərbi ekspert Şair Ramaldanov vurğulayıb.

Mehriban İbadova

Xəbər Lenti

Gecikdirilən təqaüdlər tələbələrə faizlə QAYTARILACAQ?26.03.2026 - 19:55
Abituriyentlərə çağırış!26.03.2026 - 19:45
3 gün sonra məktəblərdə dərslər başlayır26.03.2026 - 19:40
Stasionar telefonlara maraq artır26.03.2026 - 19:32
Uşaqlarda düzgün qidalanma vərdişləri necə formalaşdırılmalıdır? – Mütəxəssis açıqladı26.03.2026 - 19:25
Gənclərin siyasətə marağını artırmaq üçün nə etmək lazımdır? – Deputat açıqladı26.03.2026 - 19:18
Müasir qidalanma vərdişləri və risklər – Qida mütəxəssisi ilə müsahibə26.03.2026 - 19:12
Uşaqların erkən yaşda texnologiya ilə tanış olması nə dərəcədə doğrudur? – İT mütəxəssisi açıqladı26.03.2026 - 19:05
Azərbaycan UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatının təqdimat mərasimində təmsil olunub26.03.2026 - 18:56
Rusiyada şagird dərsdə bir məktəblini və müəllimləri yaralayıb26.03.2026 - 18:50
Xəstəlik və yırtıcılar tərəfindən məhv edilməsə, əbədi yaşayacaq canlı26.03.2026 - 18:49
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ26.03.2026 - 18:41
Dünya səyyahları Xankəndiyə gediblər26.03.2026 - 18:40
16 məşhur turizm məkanında təhlükəli xəstəlik aktiv şəkildə yayılır26.03.2026 - 18:35
Hər gün çayı üzür, dərsə gecikmir - 30 ilin hekayəsi26.03.2026 - 18:32
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır26.03.2026 - 18:30
Beynəlxalq səyyahlar Şuşaya gəliblər26.03.2026 - 18:25
Azərbaycanda yaşayan yəhudilər: neçə nəfər ali təhsillidir?26.03.2026 - 18:24
Bakının ən rahat iş tapılan rayonları (SİYAHI)26.03.2026 - 18:20
Soyuq havalar geri QAYIDIR26.03.2026 - 18:16
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər26.03.2026 - 18:08
Məktəbdə kütləvi zəhərlənmə: Yüzlərlə uşaq və müəllim zərər çəkib26.03.2026 - 18:02
Altsheymer xəstəliyinin qarşısını alan və xolesterin səviyyəsini azaldan meyvənin adı açıqlanıb26.03.2026 - 17:55
Dünya səyyahları Xankəndidə26.03.2026 - 17:52
Ölkədə kəskin hava şəraiti nə vaxtadək davam edəcək?26.03.2026 - 17:50
“Urban Hackathon 2026”da gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim edib26.03.2026 - 17:44
Sofiyada Novruz bayramı qeyd olunub26.03.2026 - 17:36
Süni intellekt yüzdən çox yeni ekzoplanet kəşf edib26.03.2026 - 17:35
Dini inqilab: qadın kilsə rəhbəri təyin edildi26.03.2026 - 17:35
Gördüyünüz hər şey həqiqətdirmi? – Bakı İllüziya Muzeyi 26.03.2026 - 17:29
"Apple" Britaniyada istifadəçilərin yaşının yoxlanılmasına başlayıb26.03.2026 - 17:25
Elçin Əfəndi: “Fənn sayını azaltmaqla və dərs yükünü yüngülləşdirməklə repetitorluğun qarşısını almaq olar”26.03.2026 - 17:25
Sabit Rəhmanın anadan olmasından 116 il ötür26.03.2026 - 17:21
Muşketyor d'Artanyanın qalıqlarının tapıldığı güman edilir26.03.2026 - 17:15
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar26.03.2026 - 17:12
Yaddaşı inkişaf etdirən üsullar məlum olub26.03.2026 - 17:05
WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrini şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir26.03.2026 - 17:04
ABŞ universitetlərində süni intellekt səbəbindən şifahi imtahanlar tətbiq edilir26.03.2026 - 17:00
Musiqi dinləməyin 4 faydası26.03.2026 - 17:00
Günəşdə güclü partlayış qeydə alınıb26.03.2026 - 16:55
Okeanın 2 km dərinliyində 145 milyon illik vulkan tapıldı26.03.2026 - 16:50
"X" sosial şəbəkəsində qlobal fasilə yaranıb26.03.2026 - 16:45
Abituriyentlərə çağırış!26.03.2026 - 16:40
"Harri Potter"in yeni serialının ilk görüntüləri yayılıb və aktyor heyəti məlum olub26.03.2026 - 16:35
Telefonla 30 dəqiqədən çox danışmaq bu xəstəliyə səbəb olur26.03.2026 - 16:30
Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür26.03.2026 - 16:25
Qastroenteroloqlar bağırsaq üçün ən faydalı meyvələri açıqladı26.03.2026 - 16:20