Təhsil 365 - Logo Mobile

Azərbaycanda Elm Günüdür

8327.03.2026 - 07:20
Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib.

“Tehsil365” xəbər verir ki, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başladı. AMEA-nın tərkibindəki elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

2022-ci ildə təhsil tarixinə daha bir parlaq səhifə yazıldı – Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalındı. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində ötən il sentyabrın 15-də - Bilik Günündə 360 şagird yerlik ikimərtəbəli məktəb binası istifadəyə verildi.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Rasim Balayev vəfat edib29.03.2026 - 10:49
Nazir Böyük Britaniyanın “ailəyönümlü” siyasətini saxtakarlıq adlandırdı29.03.2026 - 07:00
DfE müraciətlərin göndərilməsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirir29.03.2026 - 06:36
“Ömürdə bir dəfə” ezamiyyət: müəllimlər üçün qeyri-adi təşəbbüs müzakirə yaradır29.03.2026 - 06:18
Milli Qəhrəman Tabil Həsənovun xatirəsi ehtiramla yad edilir29.03.2026 - 06:00
Milli Qəhrəman Nizami Məmmədov ehtiramla anılır29.03.2026 - 05:42
Görkəmli maarifçi və dramaturq Süleyman Sani Axundov anılır29.03.2026 - 05:18
Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad olunur29.03.2026 - 05:06
Milli Qəhrəman Cəmil Niftəliyev ehtiramla yad edilir29.03.2026 - 04:54
Meyxana ustası Elşən Xəzər yaradıcılığı ilə seçilir29.03.2026 - 04:36
Azərbaycanın əməkdar artisti Nazir Əliyev xatırlanır29.03.2026 - 04:18
Mirzə Əli Möcüz – Azərbaycan ədəbiyyatının unudulmaz satirik şairi29.03.2026 - 04:00
İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi28.03.2026 - 19:55
Yağış sabah da davam edəcək28.03.2026 - 19:45
Astana “Yer saatı” beynəlxalq aksiyasına qoşulub28.03.2026 - 19:36
Azərbaycanın milli təamları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib28.03.2026 - 19:28
Mingəçevirli sənətsevərlərə hədiyyə: Üzeyir Hacıbəylinin operettası ilə unudulmaz anlar28.03.2026 - 19:20
Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı28.03.2026 - 19:12
Valideyn-uşaq münasibətində ən çox edilən səhvlər hansılardır? – Ekspert açıqladı28.03.2026 - 19:05
Yağışlı hava sabah da davam edəcək28.03.2026 - 18:52
Olimpiadaçı şagirdlərin növbəti uğuru - KAIST tələbəsi adını qazandılar28.03.2026 - 18:42
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB28.03.2026 - 18:32
Azərbaycanda bu günə qədər 856 uşaq övladlığa verilib28.03.2026 - 18:24
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi28.03.2026 - 18:16
Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var28.03.2026 - 18:10
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!28.03.2026 - 18:08
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?28.03.2026 - 18:02
İnfarkt üçün riskli yaş həddi28.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Qorxu filmlərinin təsiri izləmə tezliyi və psixoloji dayanıqlılıqla bağlıdır” 28.03.2026 - 17:55
Qızların həyatını xilas edən müəllim: dünya onu mükafatlandırdı28.03.2026 - 17:52
Sözün və ruhun bayramı28.03.2026 - 17:50
Məşhur bitki dərinin qocalmasını dayandıra bilər28.03.2026 - 17:45
Coğrafiya İnstitutu: Azərbaycanda aprel ayında da havanın yağıntılı keçməsi mümkündür28.03.2026 - 17:42
Onlara da tələbə kartı veriləcək 28.03.2026 - 17:40
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin28.03.2026 - 17:35
ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi28.03.2026 - 17:33
Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin28.03.2026 - 17:30
Azərbaycan sablyaçısı Daşkənddə bürünc medal qazanıb28.03.2026 - 17:26
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu28.03.2026 - 17:25
Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR28.03.2026 - 17:20
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə çıxış edib28.03.2026 - 17:18
"Google Translate"də inqilabi yenilik28.03.2026 - 17:15
“Elçilik” komediyası Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində28.03.2026 - 17:12
İnnovativ sosial informasiya şəbəkəsi nədir28.03.2026 - 17:10
Bu qidalar ürək üçün təhlükəlidir28.03.2026 - 17:05
“STRATCOM 2026” - Qlobal media cəmiyyətinin gələcəyə baxışı28.03.2026 - 17:04
Martın 29-nun havası açıqlandı28.03.2026 - 17:00
"SpaceX" insanın Aya eniş tarixini açıqlayıb28.03.2026 - 17:00