Təhsil 365 - Logo Mobile

"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı

8627.03.2026 - 08:42
"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı

Avropa Komissiyası (AK) rəqəmsal məkanda azyaşlıların təhlükəsizliyinə dair Avropa qanunlarının pozulması ehtimalı ilə əlaqədar "Snapchat" sosial şəbəkəsinə qarşı rəsmi araşdırmaya başlayıb.

“Tehsil365” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının icra orqanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, AK Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa əsasən, platformanın internet mühitində uşaqların qorunması, təhlükəsizliyi və məxfiliyinə nə dərəcədə zəmanət verdiyini aydınlaşdırmaq məqsədilə yoxlamalara start verib.

Komissiyanın mövqeyinə görə, sözügedən şəbəkə uşaqların qeyri-qanuni fəaliyyətlərə cəlb edilməsi, həmçinin elektron siqaret, spirtli içki və digər qadağan edilmiş məhsulların satışı ilə bağlı paylaşımlara çıxışını lazımi səviyyədə məhdudlaşdıra bilmir. Bununla yanaşı, "Snapchat"da istifadəçilərin real yaşını təsdiq edən etibarlı alətlərin olmadığı, onlara doğum tarixlərini istədikləri kimi qeyd etmək imkanı verildiyi bildirilir. Həmçinin şəbəkənin uyğunsuz məzmunlarla bağlı şikayətlərin qiymətləndirilməsi mexanizminin də səmərəsiz olduğu tənqid edilir.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl də bir neçə məşhur sosial şəbəkə ilə bağlı oxşar təhqiqatlar aparıb. Belə ki, yanvar ayında "X" platformasında "Grok" süni intellektinin qeyri-etik vizuallar yaratması səbəbindən yoxlamalara başlanmışdı. Fevral ayında isə "TikTok"dan istifadəçilərdə asılılıq yaradan interfeysin dəyişdirilməsi tələb edilmişdi. Eyni zamanda, "Google" şirkəti də 2025-ci ilin sonlarında oxşar yoxlamalarla üzləşib.

"Snapchat" istifadəçilərə video və foto mübadiləsi imkanı verən mobil tətbiqdir. Bu xidmətin əsas xüsusiyyəti göndərilən faylların müəyyən müddət sonra avtomatik silinməsidir. Şirkətin rəsmi məlumatına görə, 2025-ci ilin ortalarına olan vəziyyətə əsasən, Avropa İttifaqı daxilində platformanın 94,7 milyona yaxın qeydiyyatdan keçmiş istifadəçisi olub.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Birincilərin birincisi” MIT-ə qəbul oldu04.04.2026 - 10:00
“Təhsildə aparılan islahatların nəticələri yaxın illərdə daha aydın görünəcək” – Elçin Əfəndi04.04.2026 - 09:55
ADU-da Orhun mübadilə proqramı çərçivəsində görüş keçirilib04.04.2026 - 09:45
BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib 04.04.2026 - 09:35
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 09:28
Tələbələr Zəfər Muzeyini ziyarət ediblər04.04.2026 - 09:20
Yemək yeyəndə edilən bu səhv ürəyi məhv edir04.04.2026 - 09:10
Gürcüstan Texniki Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb04.04.2026 - 09:00
Almaniya təhsildə beynəlxalq liderliyini gücləndirir04.04.2026 - 08:47
“ChatGPT” insanları “şikəst” edir - Necə?04.04.2026 - 08:34
NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımladı04.04.2026 - 08:21
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi04.04.2026 - 08:12
ADU-da “Dilimizi qoruyaq” adlı elmi seminar keçirilib04.04.2026 - 08:00
ADU-da Vilayət Hacıyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib04.04.2026 - 07:45
MDU-ya yeni mətbuat katibi təyin olunub04.04.2026 - 07:33
Azərbaycanda zəlzələ olub04.04.2026 - 07:22
Bu günün hava proqnozu 04.04.2026 - 07:11
Vaşinqton Universitetində professor İran müharibəsi tənqidinə görə vəzifəsindən azad edildi04.04.2026 - 07:00
Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur04.04.2026 - 06:36
Milli Qəhrəman Rəfael Həbibovun xatirəsi ehtiramla yad olunur04.04.2026 - 06:18
Futbolçu Füzuli Cavadovun xatirəsi yad edilir04.04.2026 - 06:00
Milli Qəhrəman Samid İmanovun şücaəti ehtiramla anılır04.04.2026 - 05:42
Xalq şairi Qabil İmamverdiyevin ədəbi irsi unudulmur04.04.2026 - 05:18
Şəhid Mais Əsədovun xatirəsi ehtiramla yad edilir04.04.2026 - 05:06
Professor Aslan bəy Vəzirzadənin elmi irsi xatırlanır04.04.2026 - 04:54
Əməkdar artist Ruhəngiz Musəvinin yaradıcılığı diqqət mərkəzində04.04.2026 - 04:36
Xalq artisti Muxtar Maniyevin sənət yolu yad edilir04.04.2026 - 04:18
Teatrşünas alim İnqilab Kərimovun xatirəsi yad edilir04.04.2026 - 04:00
15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək03.04.2026 - 19:58
Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44