Təhsil 365 - Logo Mobile

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

10427.03.2026 - 13:28
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

Azərbaycanda martın 28-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Tehsil365” ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 3°-dək şaxta, gündüz 6-11° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda arabir yağıntılı, bəzi yerlərdə intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-16° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 11-16° isti, dağlarda gecə və gündüz 3-6° isti olacaq.

Zəhra Əliyeva

Xəbər Lenti

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsi ehtiramla anılır28.03.2026 - 06:18
Futbolçu Elnur Cəfərovun karyerası diqqət çəkir28.03.2026 - 06:00
Əməkdar artist Firuz Xudaverdiyevin sənət yolu yada salınır28.03.2026 - 05:42
Gənc qrosmeyster Xanım Balacayevanın uğurları diqqət çəkir28.03.2026 - 05:18
İctimai fəal Bəxtiyar Hacıyevin fəaliyyəti diqqət mərkəzindədir28.03.2026 - 05:06
Azərbaycan repinin öncüllərindən Anar Nağılbazın xatirəsi anılır28.03.2026 - 04:54
Sabiq nazir Fazil Məmmədovun fəaliyyəti və xidməti xatırlanır28.03.2026 - 04:36
Şair və publisist Teymur Elçinin fəaliyyəti yada salınır28.03.2026 - 04:18
Əziz Şərifzadənin zəngin elmi və ədəbi irsi28.03.2026 - 04:00
Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb27.03.2026 - 19:55
Yeni dollarların üzərində görün kimin imzası olacaq27.03.2026 - 19:46
Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir27.03.2026 - 19:38
Texnologiyadan asılılıq problemini necə azaltmaq olar? – Psixoloq açıqladı27.03.2026 - 19:30
Su içməmək orqanizmə necə təsir edir? – Mütəxəssis açıqladı27.03.2026 - 19:20
"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb 27.03.2026 - 19:12
Milli Kitabxanada “27 Mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 19:05
Uzunmüddətli Oturuşun Fəsadları: Həkimdən Qoruyucu Məsləhətlər27.03.2026 - 19:00
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür27.03.2026 - 18:54
“Apple” “iPhone”lara təcili bildirişlər göndərir27.03.2026 - 18:50
“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib27.03.2026 - 18:46
Prezident İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub27.03.2026 - 18:40
İnfarkt üçün maksimum riskli yaş həddi açıqlandı27.03.2026 - 18:39
Əhməd İsmayılov: Sosial media platformaları dövlətlər üçün yeni çağırışlar yaradır27.03.2026 - 18:32
Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 18:30
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik27.03.2026 - 18:24
Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...27.03.2026 - 18:20
Sabah rayonlara qar, Bakıya yağış yağacaq27.03.2026 - 18:16
Rus dilində dərs keçən professor işdən çıxarıldı27.03.2026 - 18:10
İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb27.03.2026 - 18:08
İranda 600 məktəb dağıdılıb 27.03.2026 - 18:02
Bakıda aylıq normanın 195 faizi qədər yağış yağıb27.03.2026 - 18:00
"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı27.03.2026 - 17:55
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti27.03.2026 - 17:52
Gemini ChatGPT-nin "yaddaşını" ələ keçirir27.03.2026 - 17:50
Meta 375 milyon dollar cərimələndi27.03.2026 - 17:45
27 Mart – Elm Günü!27.03.2026 - 17:42
Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirə yaratdı27.03.2026 - 17:40
Azərbaycanlı tələbə dünyanın aparıcı universitetinə qəbul oldu27.03.2026 - 17:36
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri27.03.2026 - 17:35
Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən xəbərdarlıq 27.03.2026 - 17:30
Dünya səyyahları Zəngilanda27.03.2026 - 17:29
"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək 27.03.2026 - 17:25
Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 17:21
Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?27.03.2026 - 17:20
Jurnalist Rəşad Baxşəliyev vəfat edib27.03.2026 - 17:15
27 Mart - Beynəlxalq Teatr Günüdür27.03.2026 - 17:12
İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi 27.03.2026 - 17:10
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirilib 27.03.2026 - 17:05