Təhsil 365 - Logo Mobile

Martın 27-si Azərbaycanda Elm Günüdür

10427.03.2026 - 14:50
Martın 27-si Azərbaycanda Elm Günüdür


Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün ölkəmizdə elmin inkişafına, alimlərin cəmiyyətdəki nüfuzunun artırılmasına və bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür.

“Tehsil365” xəbər verir ki, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ötən il ölkəmizdə AMEA-nın yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, elm və təhsilin inteqrasiyası istiqamətində atılan addımlar 2026-cı ildə Azərbaycan elminin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını şərtləndirib. Yubiley yığıncağında dövlətimizin başçısı tərəfindən müəyyən edilən hədəflər çərçivəsində, elmi fəaliyyətin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə inteqrasiyası 2026-cı ilin əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilib.

Tarixi irs və Heydər Əliyev strategiyası

Ötən əsrdə Azərbaycan elminin sistemli şəkildə formalaşması və beynəlxalq miqyasda tanınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər elmi xalqın milli sərvəti hesab edərək, akademiyanın müstəqil dövlətçilik maraqlarına xidmət edən bir qurum kimi inkişafına nail olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan elmi təkcə fundamental araşdırmalarla məhdudlaşmır, həm də ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına birbaşa töhfə verir.

Azad Qarabağda elm və təhsilin təntənəsi

İşğaldan azad edilmiş ərazilərdə elmi potensialın bərpası 2026-cı ilin əsas hədəfləri sırasındadır. Bu istiqamətdə mühüm addım kimi, 2025-ci ilin sonunda Botanika İnstitutu tərəfindən son onilliklərin fundamental əsərlərindən olan “Qarabağ florası” kitabı nəşr edilib. Bu nəşr azad edilmiş torpaqların təbii resurslarının elmi inventarlaşdırılması və ekoloji bərpası üçün mühüm elmi baza rolunu oynayır. Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinin genişlənməsi və Xankəndidə elmi mərkəzlərin qurulması regionun intellektual mərkəzə çevrilməsini təmin edir. Şərqi Zəngəzur və Qarabağda aparılan arxeoloji, ekoloji və seysmoloji tədqiqatlar dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.

Türk dünyasının intellektual mərkəzi: 100 illik tarixi yol

2026-cı ilin elmi təqvimi həm də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bir əsr əvvəl Bakıda keçirilmiş bu Qurultay türk xalqlarının elmi-mədəni birliyi, ortaq əlifba və terminologiya məsələlərində mühüm strateji qərarların qəbul edildiyi mərkəz rolunu oynayıb. Yubiley çərçivəsində Bakıda keçirilən elmi forum və sessiyalar Azərbaycanın Türk dünyasında elmi-humanitar mərkəz statusunu möhkəmləndirib. Bu tədbirlər həm fundamental türkoloji tədqiqatlar, həm də müasir humanitar elmlər sahəsində ölkəmizin elmi potensialını və mövqeyini təsdiq edir.

Beynəlxalq əməkdaşlıq və gənc alimlər

Bu gün Azərbaycan alimləri dünyanın nüfuzlu “Web of Science”, “Scopus” elmi bazalarında yüksək istinad indeksləri ilə təmsil olunurlar. Dövlətin yaratdığı imkanlar sayəsində gənc tədqiqatçıların beynəlxalq laboratoriyalarda təcrübə keçməsi, birgə qrant layihələrinin icrası Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirir.

2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması və onun yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə elmi fəaliyyətin idarəetmə mexanizmi təkmilləşdirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilində bu islahatların nəticələri özünü elmi nəticələrin kommersiyalaşdırılması və universitet-sənaye iş birliyinin genişlənməsində göstərir.

Elm Günü həm də bir hesabat günüdür. Azərbaycan dövləti elmə əsaslanan inkişaf yolunu seçməklə öz gələcəyini daha dayanıqlı və rəqabətədavamlı edir.

Zəhra Əliyeva

Xəbər Lenti

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür30.03.2026 - 20:00
Şəfiqə Məmmədova: Rasim Azərbaycan kino ailəsinin başçısı idi, biz onu itirdik30.03.2026 - 19:54
Fransada müəllimlər iş yerlərinin ixtisarına və siniflərin bağlanmasına etiraz edəcəklər30.03.2026 - 19:44
Mayda 14 gün iş yoxdur30.03.2026 - 19:36
Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ30.03.2026 - 19:30
Məktəbdə psixoloji mühit və şagird davranışları – Psixoloq Fəridə Musəvi ilə müsahibə30.03.2026 - 19:24
Məktəbdə rəqabət mühiti şagirdlər üçün faydalıdır, yoxsa zərərlidir? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:18
Ağdaşlı gənclər tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirirlər30.03.2026 - 19:18
Region gəncləri tarixi nümunələr əsasında liderlik bacarıqlarını inkişaf etdirdi30.03.2026 - 19:12
Məktəblərdə nəzəri biliklə praktiki bacarıqlar arasında balans varmı? – Təhsil eksperti açıqladı30.03.2026 - 19:12
Fast food-un uşaqların inkişafına uzunmüddətli təsiri nədir? – Qida eksperti açıqladı30.03.2026 - 19:08
Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif30.03.2026 - 19:02
COVİD-19-da BA.3.2 xəbərdarlığı: İmmunitet qalxanını yarıb keçir30.03.2026 - 19:00
18 yaşlı qız dəm qazından boğularaq ölüb30.03.2026 - 18:54
Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı İstanbulda növbəti dəfə səhnəyə çıxıb30.03.2026 - 18:50
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR30.03.2026 - 18:46
Ombudsmandan 31 Mart Soyqırımı Günü ilə bağlı BƏYANAT30.03.2026 - 18:38
DİM apreldə bir sıra imtahanlar keçirəcək - SİYAHI30.03.2026 - 18:32
Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB30.03.2026 - 18:30
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb30.03.2026 - 18:24
Yaxından kitab oxumaqla smatfona baxmağın zərəri eyni imiş30.03.2026 - 18:20
Müəllimlər birbaşa elmi mərkəzlərə cəlb olunurlar30.03.2026 - 18:16
Universitetlər onlayn təhsilə keçdi30.03.2026 - 18:10
Günəşdə güclü partlayış baş verib30.03.2026 - 18:08
Fiziki tərbiyə fənni üzə sertifikasiyayanın NÜMUNƏLƏRİ 30.03.2026 - 18:02
Telefonlar sinifdən çıxarıldı – məktəblərdə inqilabi dəyişiklik30.03.2026 - 18:00
Muzeydən 3 dəqiqədə 9 milyonluq əsərlər oğurladılar 30.03.2026 - 17:55
Klassika ilə milli ruhun vəhdəti: Mingəçevirdə sənət və duyğuları birləşdirən musiqi gecəsi30.03.2026 - 17:52
Yuxusuzluq, başgicəllənmə və stressin səbəbi budur30.03.2026 - 17:50
Uşaqların sağlamlığı üçün yeni tövsiyələr30.03.2026 - 17:50
Yüksək təzyiq xəstələrinin 27%-ində gizli problem aşkarlandı30.03.2026 - 17:45
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Açıq qapı” günü30.03.2026 - 17:44
Bu ölkə informasiya müharibəsi üçün hərbi hissələr yaratdı30.03.2026 - 17:40
Ankarada Azərbaycan mədəniyyətinə dair əsərlər sərgilənib30.03.2026 - 17:36
Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı!30.03.2026 - 17:35
Texnologiya sektorunda diqqətçəkən dəyişiklik: xAI komandasını tam yeniləyir30.03.2026 - 17:30
Ankarada beynəlxalq sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunub30.03.2026 - 17:26
Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq30.03.2026 - 17:25
Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib30.03.2026 - 17:20
Almaniyada yaşayan azərbaycanlı musiqiçi Ankarada konsert proqramı ilə çıxış edib30.03.2026 - 17:18
Hun dövrünə aid əşyalar tapıldı30.03.2026 - 17:15
Azərbaycan Milli Kitabxanası Türk Dünyası Nəşriyyat Konqresində təmsil olunur30.03.2026 - 17:12
Səhvlərdən doğan milyard dollarlıq ideyalar30.03.2026 - 17:10
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir30.03.2026 - 17:05
Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur30.03.2026 - 17:04
Bu ölkə uşaqlara sosial medianı qadağan ETDİ30.03.2026 - 17:00
Səhər oyanan kimi telefona baxmaq zərərlidir – səbəbi açıqlandı30.03.2026 - 17:00
Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi 30.03.2026 - 16:55