İmtahan narahatlığı və ya imtahan stressi, bir çox tələbənin və şagirdin qarşılaşdığı psixoloji bir haldır. İnsan bu vəziyyətdə gərginlik, qorxu və panika hiss edə bilər, bu da onun diqqətini yayındırır və performansına mənfi təsir göstərir. Lakin imtahan narahatlığını idarə etmək və daha rahat, özünə güvənən şəkildə imtahanlara hazırlaşmaq mümkündür. Bu yazıda imtahan stressinin səbəbləri, əlamətləri və onun öhdəsindən gəlmək üçün effektiv strategiyalar var
“Tehsil365” in araşdırmasına görə, İlk növbədə, planlı hazırlaşmaq çox vacibdir. Dərsləri son günə saxlamamaq, mövzuları hissə-hissə öyrənmək stressi xeyli azaldır. Planlı oxuduqda özünə inam da artır.
Yuxu rejiminə diqqət etmək lazımdır. Gecə az yatmaq həm yaddaşı zəiflədir, həm də stressi artırır. Gündə ən azı 7-8 saat yatmaq daha rahat və fokuslu olmağa kömək edir.
Fasilələrlə oxumaq da önəmlidir. Uzun müddət fasiləsiz dərs oxumaq yorğunluq yaradır. 40-50 dəqiqə oxuyub, 10 dəqiqə fasilə vermək daha effektivdir.
Müsbət düşünmək və özünü motivasiya etmək lazımdır. “Bacarmayacam” kimi fikirlər əvəzinə “Hazıram, əlimdən gələni edəcəm” kimi düşüncələr stressi azaldır.
Sonda isə unutmaq olmaz ki, imtahan həyatın sonu deyil. Bu sadəcə bir mərhələdir və hər nəticə təcrübə qazandırır.

