Təhsil 365 - Logo Mobile

“İl Messaggero” qəzeti: Azərbaycanda dinlərarası harmoniya sülhün əsasını təşkil edir

9527.03.2026 - 15:06
“İl Messaggero” qəzeti: Azərbaycanda dinlərarası harmoniya sülhün əsasını təşkil edir

İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi dərc olunub.

“Tehsil365“ xəbər verir ki, QMİ-nin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Romada təşkil olunmuş iftar süfrəsi çərçivəsində verilən müsahibədə şeyxülislam Azərbaycanın tolerantlıq və birgəyaşayış modelinə diqqət çəkib. O, müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan həmin görüşün hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şeyxülislam qeyd edib ki, Yaxın Şərqdə davam edən münaqişələr və Avropada din adı ilə törədilən terror hadisələri fonunda Azərbaycan fərqli nümunə ortaya qoyur. Bildirib ki, ölkədə əsrlər boyu formalaşmış tolerantlıq mühiti bu gün də qorunur və inkişaf etdirilir. “Dinlər bölməməli, əksinə, insanları birləşdirməlidir”, – deyə A.Paşazadə vurğulayıb.

QMİ sədri qeyd edib ki, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında uzun və zəngin dialoq ənənəsi var. Bakıda müsəlman, xristian və yəhudi dini liderlərinin iştirakı ilə keçirilən iftar süfrələri artıq ənənə halını alıb və cəmiyyətin həmrəyliyinin real ifadəsinə çevrilib. Bu təşəbbüsün Romada davam etdirilməsi isə dinlərarası dialoqun coğrafiyasının genişləndiyini göstərməklə yanaşı, sülhün və birgəyaşayışın konkret göstəricisidir. Belə görüşlər eyni süfrə arxasında toplaşaraq özümüzü eyni ailənin üzvləri kimi hiss etməyimizin mümkün olduğunu nümayiş etdirir. Bu təşəbbüsün Vatikan tərəfindən dəstəklənməsi dinlər arasında dialoqun nəinki zəruri olduğunu, həm də artıq başladığını göstərir. Mesaj sadədir: əgər həqiqətən istəyiriksə, sülh mümkündür.

A.Paşazadə müsahibədə Azərbaycanın uğur modelinin əsasını tarixi tolerantlıq ənənələri və dövlətin bütün vətəndaşlara bərabər yanaşması ilə izah edib. Qeyd edib ki, ölkədə şiələr və sünnilər, eləcə də xristian və yəhudi icmaları qarşılıqlı hörmət şəraitində yaşayır. “Azərbaycanda əsas meyar vətəndaşlıqdır. Dinindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Bu, etimad, sabitlik və qarşılıqlı hörmət yaradır. Məhz bu tarazlıq müxtəlif icmaların birlikdə harmoniyada yaşamasına imkan verir”, - deyə şeyxülislam bildirib.

Müsahibədə Katolik Kilsəsi və Vatikanla münasibətlərin əhəmiyyətinə də toxunulub. Bildirilib ki, dinlərarası dialoq və qarşılıqlı əməkdaşlıq qlobal sabitliyə töhfə verən əsas amillərdəndir. Son illərdə həyata keçirilən birgə təşəbbüslər bu münasibətlərin daha da möhkəmləndiyini göstərir.

Şeyxülislam, həmçinin dini liderlərin roluna diqqət çəkərək onların sülhün və qarşılıqlı anlaşmanın təşviqində fəal iştirak etməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, dinlər insan həyatının qorunması kimi ali dəyər ətrafında birləşməlidir.

A.Paşazadə Avropada yaşayan müsəlmanlara müraciətində nifrət, ekstremizm və islamofobiyaya qarşı qəti mövqe tutmağa çağırıb. Bildirib ki, İslam sülh və qardaşlıq dinidir, ondan zorakılıq məqsədilə istifadə edənlər bu dini təmsil etmir.

Müsahibədə vurğulanıb ki, Azərbaycanın təcrübəsi müxtəlif dini və etnik qrupların hüquqları təmin edildikdə və vətəndaşlıq prinsipi üstün tutulduqda, sülh və harmoniyanın real nəticəyə çevrildiyini göstərir.

Mehriban İbadova

Xəbər Lenti

Əhməd İsmayılov: Sosial media platformaları dövlətlər üçün yeni çağırışlar yaradır27.03.2026 - 18:32
Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 18:30
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik27.03.2026 - 18:24
Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...27.03.2026 - 18:20
Sabah rayonlara qar, Bakıya yağış yağacaq27.03.2026 - 18:16
Rus dilində dərs keçən professor işdən çıxarıldı27.03.2026 - 18:10
İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb27.03.2026 - 18:08
İranda 600 məktəb dağıdılıb 27.03.2026 - 18:02
Bakıda aylıq normanın 195 faizi qədər yağış yağıb27.03.2026 - 18:00
"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı27.03.2026 - 17:55
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti27.03.2026 - 17:52
Gemini ChatGPT-nin "yaddaşını" ələ keçirir27.03.2026 - 17:50
Meta 375 milyon dollar cərimələndi27.03.2026 - 17:45
27 Mart – Elm Günü!27.03.2026 - 17:42
Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirə yaratdı27.03.2026 - 17:40
Azərbaycanlı tələbə dünyanın aparıcı universitetinə qəbul oldu27.03.2026 - 17:36
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri27.03.2026 - 17:35
Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən xəbərdarlıq 27.03.2026 - 17:30
Dünya səyyahları Zəngilanda27.03.2026 - 17:29
"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək 27.03.2026 - 17:25
Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 17:21
Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?27.03.2026 - 17:20
Jurnalist Rəşad Baxşəliyev vəfat edib27.03.2026 - 17:15
27 Mart - Beynəlxalq Teatr Günüdür27.03.2026 - 17:12
İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi 27.03.2026 - 17:10
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirilib 27.03.2026 - 17:05
Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib 27.03.2026 - 17:04
“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub!27.03.2026 - 17:00
"Vikipediya" süni intellektlə yazılmış məqalələrin dərcini qadağan etdi27.03.2026 - 17:00
MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi27.03.2026 - 17:00
Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun saatlar 27.03.2026 - 16:55
"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı27.03.2026 - 16:55
Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib27.03.2026 - 16:45
Putin Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi27.03.2026 - 16:40
Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 16:35
İntensiv yağıntılar sabah da davam edəcək27.03.2026 - 16:30
Bu gün Beynəlxalq Teatr Günüdür27.03.2026 - 16:25
Bu canlıların nə ürəyi, nə də beyni var27.03.2026 - 16:20
Tanınmış bəstəkar Vaqif Gərayzadənin doğum günüdür27.03.2026 - 16:15
27 Mart Azərbaycanda Elm Günüdür27.03.2026 - 16:10
İcraçı direktor: "Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək"27.03.2026 - 16:05
İradə Bağırova- "Hər tarixi əsər müəllifin dünya görüşünü əks etdirir"27.03.2026 - 16:00
İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışı münasibətilə təbrik məktubu ünvanlayıb27.03.2026 - 16:00
İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir27.03.2026 - 15:54
Dünya səyyahları Füzulidə27.03.2026 - 15:48
Elm Günü və milli inkişafın epistemik təməli: elm–təhsil münasibətlərinə dair düşüncələr27.03.2026 - 15:42
Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb27.03.2026 - 15:36
Lisey məzunu “Siyasi elmlər” üzrə Kaliforniya Universitetinə qəbul olan ilk azərbaycanlı oldu27.03.2026 - 15:30