Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "Aegis" sistemi ilə təchiz olunmuş "Tyokay" esminesi ABŞ-nin "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün modernləşdirilib.
“Tehsil365“ TASS-a istinadən xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Tyokay" 2025-ci ildə modernləşdirilmə və ekipaj hazırlığı üçün Birləşmiş Ştatlara göndərilib. ABŞ ərazisində sınaq buraxılışlarından sonra gəminin bu ilin sentyabr ayının ortalarında Naqasaki prefekturasının Sasebo şəhərindəki əsas bazasına qayıtması və bundan sonra döyüş növbətçiliyinə başlaması planlaşdırılıb.
"Tyokay" Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin "Tomahawk" raketlərini buraxa bilən ilk gəmisidir.

