Təhsil 365 - Logo Mobile

27 Mart - Beynəlxalq Teatr Günüdür

7327.03.2026 - 17:12
27 Mart - Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

“Tehsil365" xəbər verir ki, yaranmasının 153-cü ildönümü qeyd edilən Azərbaycan teatrı da ötən müddət ərzində böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqincə tanınıb və bu gün də uğurla inkişaf edir.

Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub.

Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.

Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb27.03.2026 - 19:55
Yeni dollarların üzərində görün kimin imzası olacaq27.03.2026 - 19:46
Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir27.03.2026 - 19:38
Texnologiyadan asılılıq problemini necə azaltmaq olar? – Psixoloq açıqladı27.03.2026 - 19:30
Su içməmək orqanizmə necə təsir edir? – Mütəxəssis açıqladı27.03.2026 - 19:20
"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb 27.03.2026 - 19:12
Milli Kitabxanada “27 Mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 19:05
Uzunmüddətli Oturuşun Fəsadları: Həkimdən Qoruyucu Məsləhətlər27.03.2026 - 19:00
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür27.03.2026 - 18:54
“Apple” “iPhone”lara təcili bildirişlər göndərir27.03.2026 - 18:50
“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib27.03.2026 - 18:46
Prezident İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub27.03.2026 - 18:40
İnfarkt üçün maksimum riskli yaş həddi açıqlandı27.03.2026 - 18:39
Əhməd İsmayılov: Sosial media platformaları dövlətlər üçün yeni çağırışlar yaradır27.03.2026 - 18:32
Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 18:30
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik27.03.2026 - 18:24
Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...27.03.2026 - 18:20
Sabah rayonlara qar, Bakıya yağış yağacaq27.03.2026 - 18:16
Rus dilində dərs keçən professor işdən çıxarıldı27.03.2026 - 18:10
İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb27.03.2026 - 18:08
İranda 600 məktəb dağıdılıb 27.03.2026 - 18:02
Bakıda aylıq normanın 195 faizi qədər yağış yağıb27.03.2026 - 18:00
"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı27.03.2026 - 17:55
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti27.03.2026 - 17:52
Gemini ChatGPT-nin "yaddaşını" ələ keçirir27.03.2026 - 17:50
Meta 375 milyon dollar cərimələndi27.03.2026 - 17:45
27 Mart – Elm Günü!27.03.2026 - 17:42
Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirə yaratdı27.03.2026 - 17:40
Azərbaycanlı tələbə dünyanın aparıcı universitetinə qəbul oldu27.03.2026 - 17:36
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri27.03.2026 - 17:35
Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən xəbərdarlıq 27.03.2026 - 17:30
Dünya səyyahları Zəngilanda27.03.2026 - 17:29
"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək 27.03.2026 - 17:25
Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 17:21
Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?27.03.2026 - 17:20
Jurnalist Rəşad Baxşəliyev vəfat edib27.03.2026 - 17:15
İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi 27.03.2026 - 17:10
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirilib 27.03.2026 - 17:05
Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib 27.03.2026 - 17:04
"Vikipediya" süni intellektlə yazılmış məqalələrin dərcini qadağan etdi27.03.2026 - 17:00
MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi27.03.2026 - 17:00
“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub!27.03.2026 - 17:00
Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun saatlar 27.03.2026 - 16:55
"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı27.03.2026 - 16:55
Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib27.03.2026 - 16:45
Putin Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi27.03.2026 - 16:40
Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 16:35