Təhsil 365 - Logo Mobile

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

7427.03.2026 - 18:46
“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan “Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb.

“Tehsil365" məlumat verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi ilə baş tutub.

Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın inteqrasiyası və “last-mile” problemləri kimi çağırışlara innovativ və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail olmaqdır.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.

Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.

Final mərhələsində komandalar layihələrini problemin əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli, iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı əsasında qalibləri seçib və mükafatlandırıb.

“Urban Hackathon 2026” gənclərin şəhər inkişafında rolunu gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb27.03.2026 - 19:55
Yeni dollarların üzərində görün kimin imzası olacaq27.03.2026 - 19:46
Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir27.03.2026 - 19:38
Texnologiyadan asılılıq problemini necə azaltmaq olar? – Psixoloq açıqladı27.03.2026 - 19:30
Su içməmək orqanizmə necə təsir edir? – Mütəxəssis açıqladı27.03.2026 - 19:20
"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb 27.03.2026 - 19:12
Milli Kitabxanada “27 Mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 19:05
Uzunmüddətli Oturuşun Fəsadları: Həkimdən Qoruyucu Məsləhətlər27.03.2026 - 19:00
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür27.03.2026 - 18:54
“Apple” “iPhone”lara təcili bildirişlər göndərir27.03.2026 - 18:50
Prezident İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub27.03.2026 - 18:40
İnfarkt üçün maksimum riskli yaş həddi açıqlandı27.03.2026 - 18:39
Əhməd İsmayılov: Sosial media platformaları dövlətlər üçün yeni çağırışlar yaradır27.03.2026 - 18:32
Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 18:30
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik27.03.2026 - 18:24
Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...27.03.2026 - 18:20
Sabah rayonlara qar, Bakıya yağış yağacaq27.03.2026 - 18:16
Rus dilində dərs keçən professor işdən çıxarıldı27.03.2026 - 18:10
İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb27.03.2026 - 18:08
İranda 600 məktəb dağıdılıb 27.03.2026 - 18:02
Bakıda aylıq normanın 195 faizi qədər yağış yağıb27.03.2026 - 18:00
"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı27.03.2026 - 17:55
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti27.03.2026 - 17:52
Gemini ChatGPT-nin "yaddaşını" ələ keçirir27.03.2026 - 17:50
Meta 375 milyon dollar cərimələndi27.03.2026 - 17:45
27 Mart – Elm Günü!27.03.2026 - 17:42
Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirə yaratdı27.03.2026 - 17:40
Azərbaycanlı tələbə dünyanın aparıcı universitetinə qəbul oldu27.03.2026 - 17:36
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri27.03.2026 - 17:35
Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən xəbərdarlıq 27.03.2026 - 17:30
Dünya səyyahları Zəngilanda27.03.2026 - 17:29
"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək 27.03.2026 - 17:25
Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 17:21
Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?27.03.2026 - 17:20
Jurnalist Rəşad Baxşəliyev vəfat edib27.03.2026 - 17:15
27 Mart - Beynəlxalq Teatr Günüdür27.03.2026 - 17:12
İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi 27.03.2026 - 17:10
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirilib 27.03.2026 - 17:05
Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib 27.03.2026 - 17:04
“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub!27.03.2026 - 17:00
"Vikipediya" süni intellektlə yazılmış məqalələrin dərcini qadağan etdi27.03.2026 - 17:00
MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi27.03.2026 - 17:00
Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun saatlar 27.03.2026 - 16:55
"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı27.03.2026 - 16:55
Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib27.03.2026 - 16:45
Putin Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi27.03.2026 - 16:40
Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 16:35