Təhsil 365 - Logo Mobile

Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...

8227.03.2026 - 18:20
Rektorların ixtisasları: geoloq, tarixçi, şərqşünas, memar, mühəndis...

Bu gün ali təhsil müəssisələrinə rəhbərlik edən rektorların keçdiyi təhsil yolu hər zaman maraq doğurur. Onların hansı ixtisaslar üzrə təhsil aldıqları, hansı sahələrdən gəldikləri rəhbərlik üslublarına da müəyyən təsir göstərir. Bəziləri iqtisadiyyat, hüquq və ya idarəetmə sahələrində, digərləri isə tam fərqli istiqamətlərdə təhsil alaraq bu mövqeyə yüksəliblər. Bu yazıda hazırda fəaliyyət göstərən rektorların bir zamanlar seçdikləri ixtisaslara nəzər salacağıq.

Tehsil365” xəbər verir ki, "AzEdu.az" rektorların oxuduqları ixtisaslarla bağlı araşdırma edib:

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov:

1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub, daha sonra təhsilini Türkiyədə davam etdirərək 2003–2004-cü illərdə Egey Universitetində və 2004-2006-cı illərdə Dokuz Eylül Universitetində “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistratura təhsilini tamamlayıb.

2006-2010-cu illərdə isə Qərb Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb və eyni zamanda 2006–2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunda “Elektron ticarət” ixtisasını distant formada başa vurub.

Azərbaycan Dövlət İqtisad Univeritetinin rektoru Ədalət Muradov:

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov:

Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov:

1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olub.

Həmçinin, 2014–2016-cı illərdə ADA və Maastrixt Universitetinin birgə MBA proqramını və 2018–2020-ci illərdə isə Oksford Universitetinin Said Biznes məktəbində ali biznes idarəçiliyi, "Executive MBA" proqramını bitirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000-2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev:

1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini oxuyub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova:

1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov:

1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov:

1972-1978-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova:

Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov:

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev:

1975-ci ildə Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisasını bitirib.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb27.03.2026 - 19:55
Yeni dollarların üzərində görün kimin imzası olacaq27.03.2026 - 19:46
Hidrometeorologiya Xidməti: Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 faizini təşkil edir27.03.2026 - 19:38
Texnologiyadan asılılıq problemini necə azaltmaq olar? – Psixoloq açıqladı27.03.2026 - 19:30
Su içməmək orqanizmə necə təsir edir? – Mütəxəssis açıqladı27.03.2026 - 19:20
"Euronews"da Azərbaycanda avarçəkməyə həsr olunmuş reportaj yayımlanıb 27.03.2026 - 19:12
Milli Kitabxanada “27 Mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 19:05
Uzunmüddətli Oturuşun Fəsadları: Həkimdən Qoruyucu Məsləhətlər27.03.2026 - 19:00
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür27.03.2026 - 18:54
“Apple” “iPhone”lara təcili bildirişlər göndərir27.03.2026 - 18:50
“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib27.03.2026 - 18:46
Prezident İlham Əliyevin Gürcüstanın ölkəmizdəki səfirliyinə gedib başsağlığı verməsi qonşu ölkənin KİV-lərinin diqqət mərkəzində olub27.03.2026 - 18:40
İnfarkt üçün maksimum riskli yaş həddi açıqlandı27.03.2026 - 18:39
Əhməd İsmayılov: Sosial media platformaları dövlətlər üçün yeni çağırışlar yaradır27.03.2026 - 18:32
Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub27.03.2026 - 18:30
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik27.03.2026 - 18:24
Sabah rayonlara qar, Bakıya yağış yağacaq27.03.2026 - 18:16
Rus dilində dərs keçən professor işdən çıxarıldı27.03.2026 - 18:10
İrandakı qızlar məktəbinə zərbə BMT-də qalmaqal yaradıb27.03.2026 - 18:08
İranda 600 məktəb dağıdılıb 27.03.2026 - 18:02
Bakıda aylıq normanın 195 faizi qədər yağış yağıb27.03.2026 - 18:00
"OpenAI"dən gözlənilməz qərar: Planlaşdırılan yeni funksiya təxirə salındı27.03.2026 - 17:55
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti27.03.2026 - 17:52
Gemini ChatGPT-nin "yaddaşını" ələ keçirir27.03.2026 - 17:50
Meta 375 milyon dollar cərimələndi27.03.2026 - 17:45
27 Mart – Elm Günü!27.03.2026 - 17:42
Əməkdar müəllimin “uşaqlar 3 yaşından məktəbə getsin” sözləri müzakirə yaratdı27.03.2026 - 17:40
Azərbaycanlı tələbə dünyanın aparıcı universitetinə qəbul oldu27.03.2026 - 17:36
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri27.03.2026 - 17:35
Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən xəbərdarlıq 27.03.2026 - 17:30
Dünya səyyahları Zəngilanda27.03.2026 - 17:29
"Oskar" mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək 27.03.2026 - 17:25
Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 17:21
Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?27.03.2026 - 17:20
Jurnalist Rəşad Baxşəliyev vəfat edib27.03.2026 - 17:15
27 Mart - Beynəlxalq Teatr Günüdür27.03.2026 - 17:12
İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi 27.03.2026 - 17:10
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Ankarada nümayiş etdirilib 27.03.2026 - 17:05
Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib 27.03.2026 - 17:04
MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi27.03.2026 - 17:00
“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub!27.03.2026 - 17:00
"Vikipediya" süni intellektlə yazılmış məqalələrin dərcini qadağan etdi27.03.2026 - 17:00
Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun saatlar 27.03.2026 - 16:55
"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı27.03.2026 - 16:55
Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib27.03.2026 - 16:45
Putin Azərbaycan Musiqili Dram Teatrının açılışını etdi27.03.2026 - 16:40
Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq27.03.2026 - 16:35