Gürcüstanın aparıcı imedi.ge, interpressnews.ge, realnews.ge, interpress.ge, 1tv.ge informasiya portalları, eləcə də ictimai televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olması və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verməsi barədə məlumat yayıblar.
“Tehsil365” xəbər verir ki, xəbərlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin dövlətimizin başçısını qarşıladığı, Prezident İlham Əliyevin matəm kitabına ürək sözlərini yazdığı qeyd olunur.
Materiallarda Prezident İlham Əliyevin Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladığı xüsusi qeyd olunub.
Dövlətimizin başçısının Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin rolu barədə fikirləri də əksini tapıb.

