Azərbaycanın dövlət idarəçiliyində mühüm rol oynamış şəxslərdən biri olan Fazil Məmmədovin fəaliyyəti və xidmətləri bu gün də diqqətlə xatırlanır.
“Tehsil365” xəbər verir ki, O, 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olmuş, 4 noyabr 2022-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
Fazil Məmmədov 2000–2017-ci illərdə Azərbaycan Respublikasının ilk vergilər naziri kimi fəaliyyət göstərmiş, ölkənin vergi sisteminin formalaşması və inkişafında mühüm rol oynamışdır. 2015-ci ildə ona 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Onun fəaliyyəti yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmamış, idman sahəsində də geniş olmuşdur. Belə ki, o, müxtəlif illərdə Azərbaycan Otüstü Hokkey Federasiyası, Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti vəzifələrində çalışaraq bu sahələrin inkişafına töhfə vermişdir.
Fazil Məmmədovun uzunmüddətli dövlət və ictimai fəaliyyəti Azərbaycan tarixində mühüm yer tutur və onun xidmətləri bu gün də ehtiramla yad edilir.

