İlahiyyatçı Hacı Təyyar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki mövqeyini yüksək qiymətləndirib.
Onun “Tehsil365”ə açıqlamasına görə, ölkəmizdə mövcud olan dinlərarası dostluq dialoqları və müxtəlif mədəniyyətlər arasında formalaşan səmimi münasibətlər qarşılıqlı hörmət və mehribanlıq mühitinin bariz nümunəsidir:
“Azərbaycanın tolerantlıq və multikulturalizm baxımından mövqeyini çox müsbət dəyərləndirirəm. Buna misal olaraq ölkəmizdə mövcud olan dinlərarası dialoqları, fərqli mədəniyyətlərin səmimiyyət və qarşılıqlı hörmət şəraitində bir arada yaşamasını göstərmək olar”.
İlahiyyatçı vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə sülh və dostluğun tərəfdarı kimi çıxış edir:
“Qarşılıqlı insan haqları məsələsində hər bir xalqın dini inanclarına və milli mədəniyyətinə hörmətlə yanaşmaq vacibdir”.
Hacı Təyyar qeyd edib ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlərin inkişafı istiqamətində kifayət qədər yetkin və sivil addımlar atılıb:
“Hesab edirəm ki, Azərbaycanda formalaşmış tolerant mühit və multikultural yanaşma modeli xüsusilə müsəlman əhalisi olan digər ölkələr üçün də nümunə ola bilər və tətbiq edilə bilər”.

