Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, dramaturq, nasir və maarif xadimi kimi milli mədəniyyətin inkişafında mühüm rol oynayıb.
Süleyman Sani Axundov yaradıcılığında əsasən maarifçilik ideyalarını təbliğ edib, cəmiyyətin inkişafı üçün təhsilin vacibliyini ön plana çəkib. Onun əsərlərində sosial problemlər, insan münasibətləri və dövrün aktual məsələləri əks olunub. Yazıçı xüsusilə uşaqlar üçün yazdığı əsərlərlə də geniş oxucu kütləsinin sevgisini qazanıb.
Ədəbiyyatda Mirzə Fətəli Axundov ilə qarışdırılmamaq üçün o, “sani” (yəni “ikinci”) ləqəbini qəbul edib və bu adla tanınıb.
Onun ədəbiyyat və maarif sahəsindəki xidmətləri yüksək qiymətləndirilib və 1932-ci ildə “Əmək Qəhrəmanı” fəxri adına layiq görülüb. Süleyman Sani Axundov 1939-cu il martın 29-da Bakı şəhərində vəfat edib.
Bu gün də onun zəngin irsi Azərbaycan ədəbiyyatında və təhsil tarixində mühüm yer tutur və böyük hörmətlə yad edilir.

