Azərbaycanın qəhrəman oğullarından biri olan Cəmil Niftəliyev 1968-ci il oktyabrın 5-də Yardımlı rayonunda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, Vətənə sədaqəti və döyüş meydanında göstərdiyi igidliyi ilə adını tarixə yazdırıb.
Cəmil Niftəliyev Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində fəal iştirak edib. Döyüşlərdə göstərdiyi cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi onu silahdaşları arasında fərqləndirib.
O, 1992-ci il martın 29-da Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın “Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Bu gün Cəmil Niftəliyevin xatirəsi xalqımız tərəfindən dərin ehtiramla yad edilir, onun qəhrəmanlıq yolu gənc nəsil üçün örnək olaraq qalır.

