Azərbaycanın igid övladlarından biri olan Tabil Həsənov 1960-cı il iyulun 4-də DQMV-nin Kosalar kəndində anadan olub.
“ Tehsil365” xəbər verir ki, O, Vətənə sədaqəti və döyüş meydanında göstərdiyi şücaətlə yadda qalan qəhrəmanlardan biridir.
Tabil Həsənov Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, doğma torpaqlarının müdafiəsi uğrunda sonadək mübarizə apararaq böyük qəhrəmanlıq nümunəsi göstərib.
1992-ci il martın 29-da Xocalı rayonunun Kosalar kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib və ölümündən sonra Azərbaycanın “Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Bu gün Tabil Həsənovun xatirəsi xalqımız tərəfindən böyük ehtiramla yad edilir, onun qəhrəmanlıq yolu gənc nəsil üçün örnək olaraq qalır.

