“Tarix bizim dünənimiz, bu günümüz və sabahımızdır”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bildirib.
Onun sözlərinə görə, yaşadığımız hər gün həm tarixə çevrilir, həm də gələcək üçün zəmin yaradır. Hər hansı qərar verərkən yalnız bu günün deyil, gələcəyin də mahiyyəti nəzərə alınmalıdır:
“Bu səbəbdən hər hansı qərar verərkən təkcə bu gün üçün deyil, həm də gələcək üçün bunun mahiyyətini düşünməliyik”, – deyə o qeyd edib.
Mahir Qəribov vurğulayıb ki, dövlətimizin apardığı uğurlu siyasət həm ölkəmizin, həm də xalqımızın nüfuzunun artmasına xidmət edir.
O həmçinin Mustafa Kamal Atatürkün fikirlərinə istinad edib:
“Bir əsgər olmama rağmen, elmin, təhsilin, mədəniyyətin və ən yaxşı siyasətin gücünü daha üstün hesab edirəm”, – deyə Atatürk vaxtilə “Minbər” qəzetinə müsahibəsində bildirib.
O əlavə edib ki, milli tarix və mədəniyyətin təbliği dövlətin prioritet siyasətidir:
“Görülən işlər, hazırlanan bədii və sənədli filmlər bu məqsədə xidmət etməlidir. Tarixi öyrənməklə yanaşı, onu layiqincə təbliğ etməliyik”, – deyə Mahir Qəribov qeyd edib.
Mahir Qəribov onu da vurğulayıb ki, necə ki, milli ordumuz şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına Qarabağda öz sözünü dedi, elm və mədəniyyət sahəsində çalışanlar da işlərinə eyni ciddiyyətlə yanaşmalıdırlar.

