Bu gün Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, ilk azərbaycanlı qadın professor nın xatirə günüdür.
“Tehsil365” xəbər verir ki, O, 17 aprel 1894-cü ildə Tiflisdə anadan olmuşdur.
Adilə Şahtaxtinskaya tibb sahəsində mühüm nailiyyətlər əldə edərək mama-ginekologiya elminin inkişafına böyük töhfələr vermişdir. O, 1930-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini almış, 1936-cı ildə isə professor adına layiq görülmüşdür. Bununla da bu yüksək elmi adlara layiq görülən ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
Alimin fəaliyyəti yalnız elmi araşdırmalarla məhdudlaşmamış, o, eyni zamanda bir çox gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır. Onun zəngin elmi irsi Azərbaycan tibb tarixində xüsusi yer tutur.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tbilisidə vəfat etmişdir. Bu gün onun xidmətləri ehtiramla yad edilir və Azərbaycan elminin inkişafında oynadığı rol yüksək qiymətləndirilir.

