Bu gün görkəmli alim, geologiya elmləri doktoru nin xatirə günüdür.
“Tehsil365” xəbər verir ki, O, 20 mart 1926-cı ildə Bakıda anadan olmuşdur.
Faiq Bağırzadə Azərbaycan geologiya elminin inkişafında mühüm rol oynamış, elmi fəaliyyəti ilə bu sahədə dəyərli nəticələr əldə etmişdir. 1964-cü ildə geologiya elmləri doktoru elmi dərəcəsini almış, 1983-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Alim eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışaraq ali təhsilin inkişafına töhfələr vermişdir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Faiq Bağırzadə 30 mart 1988-ci ildə Bakıda vəfat etmişdir. Onun elmi irsi bu gün də Azərbaycan elminin mühüm nailiyyətləri sırasında xüsusi yer tutur.

