Bu gün Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, soprano ifaçı nın xatirə günüdür.
“Tehsil365” xəbər verir ki, O, 10 dekabr 1918-ci ildə Gəncə qəzasının Bayramlı kəndində anadan olmuşdur.
Gülxar Həsənova Azərbaycan opera sənətinin inkişafında mühüm rol oynamış, zəngin və təsirli səsi ilə tamaşaçıların rəğbətini qazanmışdır. O, səhnədə yaratdığı yaddaqalan obrazlarla milli musiqi mədəniyyətinin tanınmasına və sevilməsinə böyük töhfə vermişdir.
Sənətkarın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1982-ci ildə ona “Azərbaycan SSR xalq artisti” fəxri adı verilmişdir.
Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat etmişdir. Bu gün onun zəngin yaradıcılığı və sənət irsi ehtiramla yad edilir və Azərbaycan musiqi tarixində öz layiqli yerini qoruyub saxlayır.

