Bu gün Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan qurbanlarının xatirəsi anılır.
“Tehsil365” xəbər verir ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhəri başda olmaqla Bakı, Gəncə və İrəvan quberniyalarının müxtəlif bölgələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilmişdir. Həmin dövrdə Bakı Soveti və daşnak silahlı dəstələrinin həyata keçirdiyi bu hadisələr nəticəsində minlərlə dinc insan həyatını itirmiş, yaşayış məntəqələri dağıdılmışdır.
Tarixçilərin araşdırmalarına görə, bu hadisələr təkcə Bakıda deyil, eyni zamanda regionun digər ərazilərində də geniş miqyas almış, əhali ağır itkilərə məruz qalmışdır.
Bu gün ölkə üzrə müxtəlif anım tədbirləri keçirilir, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Tarixi hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə bu cür anım günləri xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 31 mart Azərbaycan Respublikasında rəsmi olaraq Soyqırımı Günü kimi qeyd olunur.

