Çində Szyaotun Universitetinin alimləri robot-itin düşüncə ilə idarə olunmasına imkan verən sistem hazırlayıblar.
“Tehsil365” "Sinxua" agentliyinə istinadən xəbər verir ki, texnologiya qeyri-invaziv "beyin-kompüter" interfeysinə əsaslanır və insanın beyin siqnallarını oxuyaraq onları komandaya çevirir.
Məlumata görə, robot hazırda 11 sadə əmri (irəli, geri, dönmə və s.) 95%-dən çox dəqiqliklə yerinə yetirir və reaksiya müddəti təxminən bir saniyədir.
Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə reabilitasiya, yaşlılara qulluq və hərəkət məhdudiyyəti olan şəxslərə yardım sahəsində istifadə oluna bilər.

